vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DİASPOR  
10:47 | 16 avqust 2014 | Şənbə Məqaləyə 2924 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həmvətənimiz Yatsenyuk hökumətində

Rövşən Tağıyev Ukrayna Nazirlər Kabinetində çalışacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Nazirlər Kabinetinin tərkibində milli azlıqlar üzrə Şura yaradılıb və yeni qurumda azərbaycanlılar da təmsil olunur. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) APA-ya verilən məlumata görə, Şurada BUAK sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev də təmsil olunur.

Ukrayna Nazirlər Kabinetində bu gün baş nazir Arsen Yatsenyukun təşəbbüsü və hökumət üzvlərinin iştirakı ilə Şuranın ilk iclası keçirilib. 

İclasda Şuranın tərkibi də təsdiqlənib. Şuranın tərkibinə Ukraynada bir sıra milli azlıqları təmsil edən təşkilatların rəhbərləri, mədəniyyət, təhsil və daxili işlər nazirlərinin müavinləri, Nazirlər Kabinetinin etnomilli siyasət işləri üzrə müvəkkili Genadiy Druzenko, etnosiyasət üzrə ekspertlər, alimlər və mütəxəssislər daxil olublar. Bunlar arasında BUAK sədri Rövşən Tağıyev də var.

R.Tağıyev çıxışı zamanı Nazirlər Kabineti yanında Milli razılıq şurasının yaradılmasını  dəstəkləyərək, onun (şuranın) işinin effektivliyi üçün bir sıra təkliflər də irəli sürüb. Yaxın zamanlarda Şura yanında qanunvericilik təşəbbüsləri, milli azlıqlar və başqa sahələrdə fəaliyyət üzrə işçi komissiyalar yaradılacaq.