vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
12:53 | 16 avqust 2014 | Şənbə Məqaləyə 1186 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rasmussen Kremli hədələdi

NATO-nun baş katibi Rusiyanı «təcavüzkar» adlandırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

NATO-nun baş katibi Anders Foq Rasmussen avqustun 14-15-də Norveç və Danimarkaya səfərləri zamanı NATO-nun möhkəmlənməsi və silahlı qüvvələrə daha çox investisiyaların qoyulması barədə müzakirə apardıqlarını bildirib.

APA-nın məlumatına görə, A.F.Rasmussen «Youtube»da yayımladığı videoyazıda son günlər Avropa ölkələrinə etdiyi səfərlərin sentyabr ayında baş tutacaq Uels sammitinə hazırlıq məqsədi daşıdığını qeyd edib.

Baş katib deyib ki, səfərlər çərçivəsində NATO-nun üzvləri və eləcə də tərəfdaşları arasında əməkdaşlığın möhkəmləndirilməsi əhəmiyyət kəsb edib: «Üzv ölkələrin hökumət rəhbərləri ilə görüşlər zamanı da qeyd etdim ki, bizim Uelsdə baş tutacaq sammitimiz NATO tarixində ən mühüm əhəmiyyət daşıyan hadisələrdən biridir. Biz bu sammitə ciddi hazırlaşmalıyıq. Bu istiqamətdə silahlı qüvvələrə investisiyaları artırmalı və təhlükəsizliyimizin təminatı üçün bir-birimizlə əlaqəli şəkildə işləməliyik. Rusiyanın Ukraynaya qarşı yürütdüyü təcavüzkar siyasət bizi təhlükəsizlik barədə bir daha düşünməyə vadar edir.

NATO üzvləri bu məsuliyyəti anlamalı və alyansın daha möhkəm, daha güclü olması üçün əlindən gələni etməlidir. NATO-nun öz gücünü itirməyəcəyindən və daha da inkişaf edəcəyindən əminəm. Biz istənilən təhdidə qarşı öz üzvlərimizi və dostlarımızı qoruya biləcəyik».