vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
13:24 | 16 avqust 2014 | Şənbə Məqaləyə 2434 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Alman kəşfiyyatı Klintonun şəxsi danışığını yazıb

Səsyazma təsadüfən olubsa da məhv edilməyib

MÖVZU İLƏ ƏLAQƏLİ

Hillari Klinton ABŞ dövlət katibi olarkən, Almaniyanın xüsusi xidmətləri onun hökumət təyyarəsində etdiyi şəxsi danışığını qeydə alıblar. «Reuters»ə verdiyi məlumata görə, bu barədə Almaniyanın «Sueddeutsche Zeitung» qəzeti adını açıqlamayan mənbələrə istinadən yazıb.

Qəzet yazır ki, səsyazma təsadüfən baş tutub və hansısa izləmə planının bir hissəsi olmayıb: «Lakin səs qeydi dərhal məhv edilməyib».

Bu məlumat nə Almaniya hökuməti, nə də ABŞ Milli Təhlükəsizlik Şurası tərəfindən şərh edilib. Məlum olub ki, rəsmi Berlin Federal Təhlükəsizlik Xidmətinə NATO üzrə tərəfdaş olduğu ölkələrdən birini izləmək tapşırığı verib, amma hansı ölkədən söz getdiyi açıqlanmır (APA).