vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
14:32 | 16 avqust 2014 | Şənbə Məqaləyə 1573 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Proses başlayıb»

Mikayıl Cabbarov: «2000 saxta diplomlu müəllimi adbaad tanıyırıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Öz peşəkar fəaliyyətini cinayət ilə – saxta diplomla başlayanlar təhsil alanlara, gənclərimizə nə öyrədə bilərlər?!»

Bu barədə təhsil naziri Mikayıl Cabbarov rusiyalı jurnalist Vyaçeslav Sapunova müsahibəsində deyib («Azvizion.az»). Nazir hazırda respublikanın rayonlarında 2000 saxta diplomlu şəxsin ümumi təhsil sistemində çalışdığını bildirib:

«Biz həmin adamları adbaad tanıyırıq. Saxta müəllimlər hələ də işlərinə davam edirlər. Birincisi, qanunu pozsalar da, 2000 «saxta müəllim»in işdən qovulması eyni sayda işçinin birdən işdən azad edilməsidir. İkincisi, 2000 müəllimin təhsil prosesindən çıxarılıb, onları dərhal əvəz edilməsi mümkün deyil.

Mürəkkəb bir dilemma qarşısındayıq: belə müəllimlə işləyək, yoxsa, yox? Onların çoxu kənd məktəblərində çalışır. Həmin müəllimlərin bəziləri vakant yerlər üçün imtahanlarda iştirak edərək öz peşəkarlıqlarını göstəriblər.

Ancaq sənədlərin yoxlanması nəticəsində məlum olub ki, bu diplomlar Təhsil Nazirliyi tərəfindən verilməyib. Dərhal olmasa da, təhsil sistemini belə hallardan təmizləmə prosesi olacaq. Demək olar ki, artıq bu proses başlayıb».