vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
QARABAĞ  
15:12 | 16 avqust 2014 | Şənbə Məqaləyə 1758 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ Karen Petrosyana görə narahatdır...

Bəs Həsən Həsənova görə niyə səs çıxarmır?!

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Dövlət Departamenti Azərbaycan ərazisinə keçən erməni diversiya qrupunun üzvü olduğu bildirilən Ermənistan vətəndaşı Karen Petrosyanın ölümündən «dərin narahatlıq keçirdiyini» bildirib.

Virtualaz.org saytı xəbər verir ki, Dövlət Departamenti K.Petrosyanın ölümünün «təbii olmayan səbəblərdən» baş verdiyinə dair iddialardan da narahatdır və erməni əsirin ailəsinə başsağlığı verib.

Dövlət Departamenti həmçinin Azərbaycan hakimiyyətini K.Petrosyanın ölümü ilə bağlı «şəffaf araşdırma aparmağa və araşdırmanın nəticələrini təqdim etməyə» çağırıb.

Bəyanatda bildirilir ki, tərəflər beynəlxalq humanitar normalara əməl etməli və Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin əsir düşən vətəndaşlarla görüşünə imkan yaratmalıdır.

Aydındır ki, Dövlət Departamentinin bu bəyanatı ABŞ-dakı erməni lobbisinin sifarişi ilə yayılıb.

Bəs Vaşinqton Kəlbəcərdə ermənilər tərəfindən öldürülmüş mülki şəxs, Cəbrayıl rayonundan olan məcburi köçkün Həsən Həsənova görə niyə narahat olmadı və erməni tərəfini araşdırma aparmağa çağırmadı?

Belə görünür ki, biz növbəti dəfə Amerika ikili standartları ilə üz-üzəyik.