vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
ELM-TEXNİKA  
11:00 | 17 avqust 2014 | Bazar Məqaləyə 2631 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Microsoft» İE-ni xilas etmək istəyir

Məşhur brauzerin adı dəyişdiriləcək?

MÖVZU İLƏ ƏLAQƏLİ

«Microsoft» tərtibatçıları «Internet Explorer» veb-brauzerini xilas etmək üçün adının dəyişdirilməsi haqda müzakirələr aparırlar. Onlar tərəfindən təklif edilmiş «Ultron» adı rəhbərliyin xoşuna gəlməyib.

Milli.Az bildirir ki, brauzerin nüfuzunun azalması bu müzakirələrə səbəb olub. Proqramın cari versiyasının (İnternet Explorer 11)  nisbətən uğurlu olmasına baxmayaraq, istifadəçilər İE brauzerini kompüterlərinə quraşdırmağa tələsmirlər, çünki «Microsoft»un brauzerinin altıncı versiyasının çoxsaylı çatışmazlıqları hələ də yaddaşlardadır. Hesab edilir ki, adın dəyişdirilməsi brauzerə bu mənfi  imicdən yaxa qurtarmağa kömək edəcək.

Qeyd edək ki, «Bromium Labs» şirkətinin hesabatına əsasən, 2014-cü ilin əvvəlindən «İnternet Explorer» brauzerində ötən illə müqayisədə daha çox boşluq aşkarlanıb. İE bu göstəricisi üzrə başqa populyar brauzerlər arasında liderdir. Bununla belə ekspertlər bildiriblər ki, «Microsoft»un tərtibatçıları brauzerin təhlükəsizliyinə daha çox diqqət ayırmağa başlayıblar.