vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
11:09 | 18 avqust 2014 | Bazar ertəsi Məqaləyə 1256 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Üç nazirin ilk görüşü

Müdafiə nazirlərinin Naxçıvanda müzakirə edəcəyi məsələlər açıqlandı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşünün keçirilməsinə xeyli vaxt əvvəldən hazırlıq başlanıb. Bu, üç nazirin ilk rəsmi görüşü olacaq».

APA-nın xəbərinə görə, bunu Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin sabah Naxçıvanda keçiriləcək görüşü barədə danışan Gürcüstanın müdafiə naziri İrakli Alasaniya deyib.

Gürcüstan müdafiə nazirinin sözlərinə görə, görüşdə xüsusi hərbi vəziyyətlərdə ölkələrin kommunikasiya infrastrukturunun mühafizəsi barədə müzakirə aparılacaq. Həmçinin neft-qaz kəmərlərinin, dəmir yolu, rabitə infrastrukturunun mühafizəsi ilə bağlı tədbirlər planı müzakirə olunacaq. Görüşdə tədbirlər planının həyata keçirilməsi üçün razılaşma sazişinin imzalanması da nəzərdə tutulub.

Nazir bildirib ki, bu cür əməkdaşlıq regionda sabitliyin qorunması və gücləndirilməsi üçün əlavə istinad nöqtəsidir.

Qeyd edək ki, sabah Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək.