vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
MEDİA-QHT  
13:37 | 18 avqust 2014 | Bazar ertəsi Məqaləyə 1458 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Mediaforum» bağlanmır»

Məzuniyyətlər bir həftə də uzadılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 28-dən bütün işçi kollektivi ilə birgə yay məzuniyyətinə çıxan «Mediaforum» saytı fəaliyyətini bu gün bərpa etməli idi. Lakin saytda hələ ki, heç bir yeniləmə yoxdur.

«Qafqazinfo»nun əldə etdiyi məlumata görə, saytın əməkdaşları iki aydır maaşlarını ala bilmirlər. Saytın fəaliyyətini dayandırmasına səbəb isə yeganə gəlir mənbəyi olan «İREX Azərbaycan» (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) qeyri-hökumət təşkilatının bank hesabına həbs qoyulmasıdır.

Xatırladaq ki, avqustun 4-də Baş Prokurorluq Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş «qanun pozuntuları faktlarına» dair «vəzifə saxtakarlığı» və «vəzifə səlahiyyətlərindən sui-istifadə» maddələri ilə cinayət işi başlandığını bildirmişdi. Bundan sonra isə həmin təşkilatların hesabına həbs qoyulub. Xarici təşkilatlardan maliyyələşən və vergi yayınmalarında ittiham olunan bir neçə şəxs də həbs olunub.

Qeyd edək ki, saytın baş redaktoru Azər Qaraçənli ilə əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb.

 

***

 

Modern.az-a açıqlamasında «Mediaforum.az» saytının baş redaktorunun müavini Hikmət Sabiroğlu isə saytın hazırda fəaliyyət göstərməməsinin səbəbini izah edərkən deyib ki, «İnternews Azərbaycan» İctimai Birliyinin qərarı ilə məzuniyyətimiz bir həftə uzadılıb. «Mediaforum.az» saytının hər hansı bir maliyyə problemi yoxdur. Hansısa bir problem varsa, «İnternews Azərbaycan» İctimai Birliyi ilə bağlı ola bilər».

O bildirib ki, sadəcə, qeyri-hökumət təşkilatları ilə bağlı müəyyən problemlər var. H.Sabiroğlunun sözlərinə görə sayt bir həftədən sonra fəaliyyətini davam etdirəcək.  «O problemlər həll olunur. Bir həftədən sonra sayt fəaliyyətinə davam edəcək».