vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
CƏMİYYƏT  
14:24 | 18 avqust 2014 | Bazar ertəsi Məqaləyə 2951 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qiymət məsələsinə yenidən baxılmayacaq»

Abid Şərifov: ««Sovetski» də sahəsi kiçik evlərlə bağlı təkliflər hazırlanacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakının «Sovetski» məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmağa razılaşan 1600-dən çox əmlak sahibinin bank hesabına vəsait köçürülüb. Daşınmaz əmlak obyektlərində inventarlaşma işlərinin aparılması bir ay-ay yarıma başa çatacaq».

Modern.az saytı xəbər verir ki, bunu APA-ya açıqlamasında baş nazirin müavini Abid Şərifov söyləyib.

A. Şərifov deyib ki, «Sovetski» məhəlləsində sahəsi kiçik olan evlərlə bağlı məsələyə də inventarlaşma başa çatandan sonra baxılacaq: «Biz sahəsi kiçik olan evlərə toxunmuruq. İnventarlaşma prosesi başa çatandan sonra sahəsi kiçik olan evlərlə bağlı təklif hazırlanacaq. Eyni zamanda evinin sahəsindən asılı olmayaraq, köçmək istəməyənlərin evlərinə də toxunulmur. Kim istəyir, qalıb yaşaya bilər».

Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparıldığını xatırladan A.Şərifov qiymət məsələsinə yenidən baxılmayacağını da vurğulayıb.