vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
15:21 | 18 avqust 2014 | Bazar ertəsi Məqaləyə 1419 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər rusları çox pis təhqir etdilər

Tarixçi Ruben Barents Böyük Pyotru «erməni bici» adlandırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənilərin iddiasına görə, Rusiyanı Osmanınlının vassalı Krım xanlığının asılılığından xilas edərək imperiyaya çevirmiş Böyük Pyotrun həqiqi atası ermənidir. ANS PRESS-in məlumatına görə, bu barədə erməni tarixçi Ruben Barents yeni çapdan çıxmış «Geosiyasət. Daxildən baxış» kitabında iddia edir.

Müəllifin iddiasına görə, Böyük Pyotrun anası, guya milliyyətcə erməni olmuş Nataliya Narışkina sarayda fəaliyyət göstərən erməni rəssam Boqdan Saltanova aşiq olur. Müəllif hətta iddia edir ki, onlar öz aralarında ermənicə danışırmışlar. Nəticədə, Nataliya Narışkina Boqdan Saltanovdan hamilə qalır və Böyük Pyotr doğulur. Ruben Barents hətta bir qədər irəli gedərək, bu qeyri-qanuni hamiləliyin çar ailəsinin razılığı ilə, guya dövləti alicənab erməni geninə təslim etmək məqsədi ilə gerçəkləşdirildiyi iddia edir.

Təbii ki, bütün bunlar ağ yalandır. Narışkinlər mənşəcə xəzər türklərinin törəməsidir. Babaları Mordka Kubrat Krımdan gəlmişdi və yəhudi dinini qəbul etmiş karaim türkü idi. Onun ləqəbi Narış olub. Rusiyada xristianlığı qəbul edən Narışkinlərə sonradan zadəganlıq verilib və hakim ailə ilə qohum olublar.

Narışkinlər türk mənşəli olduqlarını həmişə xatırlayıblar və Pyotra həmişə tövsiyə ediblər ki, çətinliyə düşəndə Osmanlıya müraciət etsin. Pyotrun babası Kiril Narışkinin Osmanlı sultanları ilə çox yaxşı əlaqəsi olub. Poltava müharibəsində Osmanlı imperiyasının 80 minlik ordu ilə İsveç qoşununu arxadan vuraraq məhv etməsini də əksər tarixçilər bu əlaqələrlə izah edirlər.