vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
18:29 | 19 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 1400 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ səfiri əsəbiləşdi

«Ermənistan getsin Moskvaya şikayət etsin!»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Ermənistandakı səfiri Con Heffern ölkəsinin Rusiyaya qarşı yönəltdiyi sanksiyaların Ermənistandan da yan keçməyəcəyini bildirib.

Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, Ukrayna məsələsi ilə əlaqədar olaraq ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Ermənistana da ciddi ziyan vuracağı ölkədə böyük rezonansa səbəb olub. Bununla əlaqədar olaraq erməni mətbuatı ABŞ-ın Ermənistandakı səfirinin məsələyə münasibətini öyrənib. Lakin səfirin Ermənistana xoşun gəlmir get dostuna şikayət elə deməyi ermənilər üçün heç də ürəkaçan olmayıb.

«ABŞ-ın sanksiyaları Rusiyaya qarşı yönəlib, Ermənistana yox. Lakin sanksiyalar Ermənistanın da iqtisadiyyatına mənfi təsir edə bilər. Əgər nəsə, Ermənistanın xoşuna gəlmirsə, getsin Moskvaya şikayət etsin!»-deyə amerikalı diplomat ermənilərə «məsləhət» verib.

Bu arada amerikalı səfir Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidə keçirdikləri üçtərəfli görüşü də şərh edib. O bildirib ki, məhz bu görüşün nəticələrinə əsasən təmas xəttində atəşkəsin pozulması halları azalıb. Con Heffern hesab edir ki, Azərbaycan-Ermənistan arasında problemin sülh yolu ilə həllində ən yaxşı vasitə prezidentlərin görüşüdür.