vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
11:41 | 20 avqust 2014 | Çərşənbə Məqaləyə 2201 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Baykal yenidən CHP sədri olmaq istəyir

Kılıçdaroğlunun müavini istefa verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Dəniz Baykal yenidən partiya sədrliyinə namizəd ola biləcəyini açıqlayıb. Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş sədr qurultaya qədər dəstək qazansa namizəd olacaq.

Yayılan məlumatlara görə, Dəniz Baykal bir neçə müddətdir ki, yenidən sədrlik üçün fəaliyyətə başlayıb. Lakin bu fəaliyyətini partiyanın bölgə təşkilatlarında toy və digər yığıncaqlara qatılmaqla gizlədir. Adının çox hallanmaması üçün hələlik kənarda dursa da, onun da qurultayda namizəd olub partiya sədrliyinə qayıtmaq istədiyi deyilir.

Qeyd edək ki, Türkiyədə avqustun 10-da keçirilən prezident seçkilərində məğlub olan CHP partiya üzvləri tərəfindən təniqdlərə məruz qaldı. Partiyanın sədr müavini sədr Kamal Kılıçdaroğlunu kəskin tənqid edərək vəzifəsindən istefa verdi.

Hazırda CHP sentyabrın 5-6-da keçiriləcək 18-ci qurultaya hazırlaşır.

Xatırladaq ki, Dəniz Baykal porno görüntülərinin yayılmasından sonra sədrlikdən istefa vermişdi.