vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
20:38 | 20 avqust 2014 | Çərşənbə Məqaləyə 3039 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Öz xalqıma görə xəcalət çəkirəm»

Rusiyada indi də yazıçı Lüdmila Ulitskaya hədəfdədir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu yaxınlarda «Avropa mədəniyyətinə verdiyi töhfələrə görə» Avstriyanın dövlət mükafatına layiq görülmüş yazıçı Almaniyanın «Der Spiegel» jurnalına müsahibəsində «xalqıma görə xəcalət çəkirəm» deyib: «Mən öz mədəniyyətsiz və aqressiv parlamentimə görə, cahil hökumətimə görə, rəhbərlikdəki zorakılıq tərəfdarı olan, supermenlik eşqinə düşmüş siyasətçilərə görə xəcalət çəkirəm. Mən hamımıza görə, mənəvi dəyərlər yolundan sapmış xalqımıza görə xəcalət çəkirəm».

Lüdmila Ulitskaya Kremlin Ukrayna siyasətini sərt tənqid edən azsaylı rus ziyalılarındandır.

«Der Spiegel» jurnalındakı məqaləsində o, Rusiyanın «xəstə olduğunu», millətçilik və imperializm bəlasına düçar olduğunu yazır.

Başqa bir rus yazıçısı - müxalifətdə olsa da Kremlin Ukrayna siyasətini dəstəkləyən Eduard Limonov isə Ulitskayanın yazdıqlarına sərt reaksiya verib. Deyib ki, «bu brendləşmiş qoca arvadın fikirlərinə əhəmiyyət verməyə dəyməz, it hürər, karvan keçər».

Limonov hesab edir ki, Ulitskaya populyar olsa da dəyəri şişirdilib: «Heç də bütün sənət adamlarının fikrinə qulaq asmaq lazım deyil, əgər bu, Lev Tolstoydursa, bəli, qulaq asaq, amma Ulitskayadırsa…»

İndi Rusiyada əfsanəvi «Maşina vremeni» rok qrupunun solisti Andrei Makareviç də sərt tənqid edilir. O, bu yaxınlarda Ukraynada, rusiyameylli separatçılardan təmizlənmiş bölgədə konsert verib.

Rusiya Dumasındakı çıxışlarında bəzi deputatlar onu «xain» adlandıraraq dövlət mükafatlarından məhrum edilməsi məsələsini qaldırıblar.

Amma Dumanın üzvü olan məşhur müğənni İosif Kobzon onun müdafiəsinə qalxıb. Deyib ki, Makareviç həmin mükafatları sənətinə görə alıb, siyasi mövqeyinə görə yox...

Bir müddət əvvəl müğənni Alla Puqaçova da Makareviçə qarşı təzyiqləri pisləyən açıqlama yaymışdı.

Bu arada tanınmış yazıçı Boris Akunin öz bloqunda «Кликуши, лакеи и просто идиоты, брысь от Макаревича!» kampaniyasına başlayıb... («Azadlıq» radiosu).