vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
20:37 | 20 avqust 2014 | Çərşənbə Məqaləyə 1337 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

16 il bomj kimi yaşayacaq

Bankda 30 milyon dolları olan ulduz idmançı dilənir

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Milli Basketbol Assosiasiyasının (NBA) ulduzu Allen Ayverson dilənçiliyə əl atıb. Onun bu yola düşməsinin səbəbi çoxsaylı məhkəmə qərarlarına görə bütün əmlak və pulunu itirməsi olub.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərə görə, ulduz idmançı dilənçiliyi Atlantadakı ticarət mərkəzlərinin birinin girişində edib. Mərkəzin mühafizəçiləri alıcılara yaxınlaşaraq pul istəyən bir nəfəri görüb və onu öz otaqlarına aparıblar.

Daha sonra polislər dilənçinin dünyanın ən məşhur basketbolçularından biri – Allen Ayverson olduğunu görüb və təəccüblərini gizlədə bilməyiblər.

Mühafizəçilər ona hörmətlə yanaşıblar. Onlar Allen Ayversona heç bir təzyiq etmədən mərkəzi tərk etməsini xahiş ediblər.

Ticarət mərkəzinin mühafizəçilərdən biri Ceyson Sivort hadisə ilə bağlı belə danışıb: «Uşaqlıqdan kumirim olmuş birinə ticarət mərkəzini tərk etməyi tələb etmək mənim üçün çox ağır idi. Belə bir səhnəni görmək çox çətin idi. Ümid edirəm ki, Allen Ayverson əvvəlki həyatına qayıdar».

Qeyd edək ki, Allen Ayversonun çətin günləri karyerasını bitirdikdən sonra başlayıb. Əfsanəvi basketbolçu hazırda bankrot olsa da bankda 30 milyon dolları var. Bu pullar ona «Reebok»la sponsor müqaviləsindən çatır. Lakin sözləşməyə əsasən 39 yaşlı əfsanə həmin pula 55 yaşı tamam olandan sonra toxuna bilər.

NBA-da çıxışı zamanı Ayverson 154,5 milyon dollar qazanıb. Sponsor və reklam gəlirlərini də əlavə etsək, bu məbləğ 200 milyonu keçib.

Ayverson bədxərcliyi üzündən belə bir vəziyyətə düşüb, külli miqdarda pul xərcləyib. Sonuncu dəfə 2012-ci ildə onu zərgərlik şirkətinə 896 min dollar borcunu ödəməyə məhkəmə məcbur edib.

Allen Ayverson uzun müddətdir ki, pulsuzdur. Hələ 2 il əvvəl məhkəmədə belə demişdi: «İndi mənim çizburger almağa belə pulum yoxdur». (publika.az)