vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QƏZA, FACİƏ  
08:54 | 23 avqust 2014 | Şənbə Məqaləyə 2925 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda 2 dəhşətli partlayış

Bu gecə FHN fövqəladə rejimdə işləyib

MÖVZU İLƏ ƏLAQƏLİ

FHN yanacaq daşıyan maşının partlaması ilə bağlı rəsmi məlumat yayıb. «Trend» Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Yasamal rayonunda «Mercedes» markalı yük avtomobilinə qoşulmuş, tutumu 40 ton olan yanacaq çəninin qəzaya uğraması nəticəsində maşın yolun kənarına aşıb. Yanğın nəticəsində yük avtomobilinin yanar hissələri, çəndə və ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər və ərazidə dayanmış avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

 

Bakının Səbayel rayonunda yanacaq daşıyan maşın partlaması nəticəsində yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb. Bunu «Trend»ə Yasamal rayon Təhlükəsizlik İdarəsindən bildiriblər.

Məlumata əsasən, partlayış gecə 23:30 radələrində Bakı Dairəvi yolunda baş verib. Hazırda hadisə yerinə 5 yanğınsöndürən briqadası cəlb olunub. «Trend»in FHN-nin Səbayel Rayon Təhlükəsizlik İdarəsinə istinadən verdiyi məlumata görə, yanğın artıq söndürülüb.

Partlayış nəticəsində Bakı şəhərinin bəzi yerlərində qısaqapanmalar müşahidə olunub.

Yanacaq daşıyan maşının yaralanmış  sürücüsü Bakının klinikalarının birinə yerləşdirilib.

İlkin məlumata görə, sürücü yüksək sürət səbəbindən idarəetməni itirib.

«Bakıelektrikşəbəkə» ASC-dən «Trend»ə verilən məlumata görə, Yasamal və Nəsimi rayonlarının bəzi yerlərində işıq verilməsində fasilələr yaranıb.

Elektrik enerjisinin verilməsi hal-hazırda alternativ elektrik xətlərindən istifadəsinin hesabına bərpa olunur.

Hadisə yerində qəzanın nəticələrinin aradan qaldırılması üçün «Bakıelektrikşəbəkə» ASC-nin briqadaları işləyir.

 

00:57

Bakı şəhərinin xeyli hissəsində elektrik cərəyanının verilməsi kəsilib. Bu barədə şəhərin müxtəlif hissələrində, əsasən də Yasamalda yaşayan sosial şəbəkə fəalları məlumat veriblər. İlkin informasiyaya görə, şəhərin Badamdar yaşayış massivində yük maşını yüksək gərginlikli elektrik xəttinin dirəyinə çırpılaraq, onu zədələyib və yanğın baş verib, nəticədə elektrik verilməsi dayandırılıb.

Yanğın bu dəqiqələrdə davam edir, yol bağlanıb. Partlayış təhlükəsi olduğundan əraziyə heç kim buraxılmır.

Bu informasiyanı «Bakıelektrikşəbəkə»nin mətbuat xidmətin rəhbəri Tanrıverdi Mustafayev də təsdiqləyib. Onun sözlərinə görə, daha müfəssəl məlumatı hadisə yerinə çatdıqdan sonra verəcək.

Bakı Dairəvi yolunun Badamdardan keçən hissəsində, maşın bazarının qarşısından keçən yolda yanacaq daşıyan avtomobil yanır. Ərazidən yüksək gərginlikli elektrik xətləri keçir. Yanğın nəticəsində elektrik xətlərinə ziyan dəyib. Nəticədə Bakının Yasamal rayonunun əksər hissələri işıqsız qalıb, Binəqədi, Abşeron, Səbayel, Xəzər rayonlarının elektrik enerjisi ilə təminatında problemlər var.

Bir versiyaya görə, həmin maşın məhz yüksək gərginlikli xəttə toxunduğuna görə alışıb.

Yanğın bu dəqiqələrdə davam edir, yol bağlanıb. Partlayış təhlükəsi olduğundan əraziyə heç kim buraxılmır.

 

00:55

Bakıda yanacaq daşıyan maşın qəza törədib.

APA xəbər verir ki, hadisə Bakı dairəvi avtomobil yolunda qeydə alınıb.

Yanacaq daşıyan avtomobil sürücünün idarəetməsindən çıxaraq dəmir arakəsməyə çırpılaraq aşıb.

Nəticədə partlayış və yanğın baş verib. Toqquşmadan sonra benzindaşıyan yük maşınında olan benzin 200 m əraziyə dağılıb.

Hadisə yerinə Yasamal, Səbayel və Binəqədi rayonlarından yanğınsöndürmə briqadaları cəlb edilib.

 

00:22

Bir neçə dəqiqə əvvəl Bakıda yanacaqdaşıyan maşında partlayış olub.

Axar.az-a istinadən xəbər verir ki, hadisə Yasamal Dairəvi yolunda baş verib.

Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Hazırda yanğın davam edir.

Xəsarət alanlarla bağlı məlumat verilmir.

 

00:16

Bakıda güclü partlayış olub.

ANSpress xəbər verir ki, Bakının Dairəvi Yolunda, paytaxta giriş hissədə ağır yol nəqliyyat hadisəsi baş verib.

Yanacaq daşıyan maşının aşması nəticəsində 2 dəfə güclü partlayış olub.

Ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinin hamısı sıradan çıxıb.

Hazırda yolda hərəkət tamamilə dayandırılıb.

Əraziyə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Yanğının söndürülməsi prosesi gedir. İlkin məlumata görə, yanğının əhatə dairəsi çox genişdir.

Hadisə zamanı yanacaq daşıyan maşının sürücüsü ağır bədən xəsarəti alıb.

İlkin məlumata görə, ölüm hadisəsi qeydə alınmayıb.

Hadisənin növbəti gedişatı haqqında məlumat veriləcək.

 

00:00

Vaxt.az xəbər verir ki, son günlərdə artıq ikinci dəfə Bakının bəzi rayonları gecə işıqsız qalır.

Hal-hazırda Yasamal, Badamdar və digər rayonlarda işıqlar sönüb.

Sakinlər bildirdilər ki, ərazidə yerləşən elektrik stansiyasında partlayış olub.

Badamdarda yanğın baş verib. Hadisə şahidlərinin sözlərinə görə, yanğının nəticəsində elektrik xətti yola düşüb.