vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
İZDİHAM  
12:08 | 23 avqust 2014 | Şənbə Məqaləyə 2039 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dəmiryolçuların fəryadını eşidən tapılmır

«Problemlərimizdən ölkə başçısının və Mehriban Əliyevanın xəbəri yoxdur»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu ölkədə yaşamaqdansa, xaricdə dilənçilik etməyi üstün tuturam. Azərbaycandan getmək istəyirəm. Xarici ölkələrdən sığınacaq tələb edirəm. Yaşamaq mümkün deyil. Xəstəlikdən başqa heç nə verməyiblər» - bunu avqustun 22-də «Azadlıq»a «Azərbaycan Dövlət Dəmir Yolları» ASC-də (ADDY) 25 ildir bələdçilik edən Təranə Hümmətova deyir.

Onun sözlərinə görə, ADDY-də köhnə işçilərlə təzələrə fərq qoyurlar: «İndiyə qədər 17 vaqonu qəzadan qurtarmışam. İndi yeni işçilərə daha çox üstünlük verirlər. Köhnə işçilərlə işləmək istəmirlər».

Avqustun 15-də ADDY idarəsinin qarşısına toplaşan bələdçilərə vəd edilmişdi ki, onları bir həftə sonra qurumun rəisi Arif Əsgərov qəbul edəcək. Bələdçilər bir neçə saat sözügedən ərazidə olsalar da, qəbula düşə bilməyiblər...

20 il Dəmiryol idarəsində çalışan, hazırda təqaüddə olan Solmaz Səmədova deyir ki, problemlərindən ölkə başçısı və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın xəbəri yoxdur. «Çünki indiyə qədər üz tutduğumuz idarələrdə dərdlərimizə çarə tapmırlar. Əgər onların xəbəri olsaydı, bu cür olmazdı».

Solmaz Səmədova təqaüdə çıxsa da indiyə qədər pozulan hüquqlarının bərpa olunmasını tələb edir: «Maaşlarımızı kəsiblər, «komandirovka» pulunu verməyiblər. Bunu tələb edirəm».

Bələdçilər Cavanşir Qafarov və Həsən Rəhimov da pozulan haqlarının bərpa olunmasını tələb edirlər. Bələdçilər onu da bildirirlər ki, onlar işə çıxdıqları müddətdə hər saatına 1 manat 75 qəpik maaş almalıydılar: «Ancaq saatımıza 55 qəpik pul ödəyiblər. Ayda ən azı 165-170 saat işləmişəm. Hər saatda 1 manat 20 qəpik yeyinti olub. Üstəlik, məzuniyyət pulu, «komandirovka», 13-cü maaşlar, çörək pulları verilməyib. 5 min volt altında işlədiyimiz üçün əlavə ödənişlər olmalıydı, bunlar belə yeyilib».

Füzuli Yunusov deyir ki, 2007-ci ilin yanvar ayında onu işə buraxmayıblar: «İdarənin rəisi Arif Əsgərova müraciət etmişəm, cavab gəlməyib. May ayında məni çağırıblar ki, Arif Əsgərov səni qəbul eədəcək. Ancaq Elyar Muradovla görüşdürüblər. Məni işə bərpa ediblər. iyun ayında bir reys işdə olmuşam. Bir sərnişin tapıblar, guya onun pulunu oğurlamışam. Həmin sərnişin də depoya ərizə yazıb. Ərizənin bir surətini götürüb hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Deyiblər ki, ehtiyac yoxdur. İyun 22-də Bakı-Moskva qatarında yola çıxmalıydım, 6 sutka iş başında olacaqdım. Müraciət edərək bildirdim ki, ezamiyyət pulunu verməsələr, getməyəcəm. Onlar da heç nə ödəmədilər. Mən də işə çıxmadım, ölkə başçısına, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova müraciətlər etdim.

2008-ci ilin mart ayında Əlirza Süleymanov məni qəbul etdi. Avqustun 15-də işə çıxdım. Tələbim odur ki, 16 ay onların ucbatından evdə oturmuşam, buna görə mənə çatacaq əmək haqqını ödəsinlər və bir də 10 illik məzuniyyət haqımı. Dəmiryolunda işləmək fikrində deyiləm».