vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
MƏMLƏKƏT  
13:04 | 23 avqust 2014 | Şənbə Məqaləyə 4658 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lütvəli Babayevin başı dərddə

Zərdabın icra başçısı vəzifəsini itirə bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Zərdabın icra başçısı Lütvəli Babayev tutduğu vəzifədən azad edilə bilər. Bu barədə «Azadlıq»a daxil olan məlumata görə, sahibkar Fəqan Nəsibovun Lütvəli Babayevin qanunsuz əməlinə görə, intihara cəhdi «yuxarıların» icra başçısına qəzəblənməsinə səbəb olub.

Bildirilir ki, yaxın vaxtlarda Lütvəli Babayevin işdən çıxarılacağı gözlənilir.

Qeyd edək ki, Fəqan Nəsibov Lütvəli Babayevin ona məxsus 65 min dollar pulu mənimsədiyini bildirir. Artıq bir neçə ildir ki, sahibkar pulunu icra başçısından ala bilmir. Dəfələrlə məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsə də, nəticəsi olmayıb. Nəhayət, Fəqan Nəsibov intihar etmək qərarına gəlib. O, avqustun 20-də «Əzizbəyov körpüsü»nün üstünə çıxaraq özünü atacağını bəyan edib.

Sahibkar həmçinin deputat Qənirə Paşayevanın hadisə yerinə gəlməsini istəyib. Hadisə yerinə gələn deputat sahibkarı intihar niyyətindən daşındıra bilib.

Bundan sonra baş prokuror Zakir Qaralov Fəqan Nəsibovu qəbul edib və məsələnin araşdırılacağını bildirib.

Xatırladaq ki, Fəqan Nəsibovla Lütvəli Babayev arasında pul qalmaqalı ikinci Mingəçevirin icra başçısı olanda baş verib. Mingəçevirdə trolleybus ləğv olunandan sonra icra başçısı onun elektrik xətlərini satışa çıxarıb.

Fəqan Nəsibov həmin xətləri almaq üçün Lütvəli Babayevə 65 min dollar verib. Lakin bir neçə ay keçsə də, icra başçısı vədini yerinə yetirməyib. Sonradan ümumiyyətlə sahibkarı qəbul etməyib.