vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
QARABAĞ  
11:00 | 28 avqust 2014 | Cümə axşamı Məqaləyə 1700 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Girovlardan məktub gözlənilir

BQXK Dilqəmlə Şahbaza baş çəkəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistan tərəfinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkəcəklər.

Bu barədə «ANS Press»ə Komitənin Azərbaycan nümayəndəliyinin rəsmisi İlahə Hüseynova məlumat verib. O, qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistan tərəfinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevə artıq 3 dəfə baş çəkiblər: «BQXK-nin mandatına uyğun olaraq saxlanılan şəxslərlə görüş olacaq. Görüşün vaxtı barəsində heç nə deyə bilmərik. Görüş zamanı saxlanılan şəxslər ailələrinə məktub da yaza bilərlər. Bu onların hüququdur».

Öldürülmüş Azərbaycan vətəndaşı Həsən Həsənovun meyitinin qaytarılması ilə bağlı danışıqların aparıldığını deyən komitə rəsmisi prosesin baş tutması üçün ilk öncə tərəflərin razılığa gəlməli olduğunu söyləyib:

«BQXK meyitlərin qaytarılması ilə bağlı neytral vasitəçilik xidmətlərini münaqişə tərəflərinə təklif edib. Tərəflər razılaşdıqdan sonra proses həyata keçirilə bilər».

Qeyd edək ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Onun Dağlıq Qarabağda dəfn edildiyi deyilir.