vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
QARABAĞ  
11:38 | 28 avqust 2014 | Cümə axşamı Məqaləyə 2358 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Deputatdan ABŞ-a etiraz

Asim Mollazadə: «Məqsəd türklərə qarşı nifrəti ifadə etməkdir»

Sevinc İLTİFATQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün ABŞ-ın Kaliforniya ştatının Senatı qondarma «Dağlıq Qarabağ Respublikası»nın müstəqilliyinin tanınması haqqında qətnaməni qəbul edib. Qətnamədə həmçinin ABŞ prezidenti və Konqresin «Dağlıq Qarabağı»ın müstəqilliyini tanımaq və onu dəstəkləmək çağırışı da öz əksini tapıb.

Kaliforniya Senatının bu cür addım atmasına Milli Məclisinin deputatı, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü millət vəkili Asim Mollazadə münasibət bildirib.

AzVision.az-a açıqlamasında deputat qeyd edib ki, həmin sənəd beynəlxalq hüquq normalarını pozur. A.Mollazadənin sözlərinə görə, ABŞ-ın Kaliforniya Ştatında kompakt halında yaşayan böyük erməni icması var: «Bu erməni icması çox varlı zəngin siyasi fəal lobbi qrupları ilə işləyir. Kaliforniya Ştatının Senatında ermənipərəst və erməni nümayəndələrinin təklifi ilə belə bir sənəd hazırlanıb».

Millət vəkili qeyd edib ki, qəbul edilən sənədin heç bir əhəmiyyəti yoxdur: «Bu beynəlxalq hüquq normalarını pozmaq deməkdir və ABŞ-ın xarici siyasətinə qarşıdır. Buna həm türk həm də Azərbaycan icması öz etirazını bildirib. Bununla yanaşı bu sənədin heç bir əhəmiyyəti və hüquqi əsası yoxdur. Məqsəd sadəcə Azərbaycanı qıcıqlandırmaq, türklərə qarşı nifrəti ifadə etməkdir», - deyə Asim Mollazadə əlavə edib.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının Haylend Şəhər Şurası Dağlıq Qarabağın işğal altındakı Laçın (Berdzor) şəhəri ilə qardaşlaşma haqqında qərar qəbul edib. Şuranın 26 noyabr tarixində qəbul etdiyi qərara əsasən, Haylend, qondarma «Dağlıq Qarabağ Respublikasının» müstəqilliyinin tanıyıb.