vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
13:23 | 28 avqust 2014 | Cümə axşamı Məqaləyə 1891 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vurulan təyyarə xəbəri təxribatdır»

«Belə məqalələr İranla qonşuluq münasibətlərimizə təsir göstərə bilməz»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan Xarici İşlər Nazirliyi bir çox İsrail və Qərb KİV-lərinin İran üzərində vurulan pilotsuz təyyarənin Azərbaycan ərazisindən buraxılmasına dair yaydığı məlumatları təxribat hesab edir». Bunu virtualaz.org saytı bildirir ki, bunu XİN mətbuat katibi Elman Abdullayev bəyan edib.

E.Abdullayev qeyd edib ki, İran Azərbaycanın yaxın qonşusudur və rəsmi Bakı bu ölkə ilə münasibətlərin inkişafında maraqlıdır: «Belə məqalə və xəbərlər İranla bizim dinc qonşuluq münasibətlərimizə heç bir halda təsir göstərə bilməz».

Yada salaq ki, bəzi İsrail və Qərb KİV-ləri İran üzərində vurulan «Hermes 450» pilotsuz təyyarəsinin Azərbaycan ərazisindən - Naxçıvandakı aviabazadan havaya qalxdığını yazmışdı.