vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
PARTİYALAR  
19:25 | 28 avqust 2014 | Cümə axşamı Məqaləyə 2455 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hiss eləsəm ki, ...»

İsa Qəmbərin kreslosuna xanım iddiaçı da var

MÖVZU İLƏ ƏLAQƏLİ

«Məzuniyyətim başa çatmayıb. Növbəti həftədən işə çıxacağam. Ona görə Müsavat Partiyasında qurultayqabağı cərəyan edən proseslər barədə dəqiq nəsə deyə bilmərəm». Bunu modern.az-a Müsavat Partiyası Divanının üzvü, professor Nüşabə Sadıxlı deyib.

Müsavatın başqanlığına namizədliyini irəli sürməsinə gəlincə, Sadıxlının sözlərinə görə, namizəd olmaq haqqında heç kimə bir söz deməyib: «Sadəcə olaraq, öncədən belə bir ifadə işlətmişəm ki, prosesləri izləyəcəm. Hiss eləsəm ki, mənim başqanlığa namizədliyimi irəli sürməyə ehtiyac var, onda namizəd olacam. Əks təqdirdə namizədliyimi verməyəcəm».

Qeyd edək ki, Müsavat Partiyasının növbəti qurultayı sentyabr ayının axırlarında keçirilməlidir. Bu gündən başqanlığa iddialılar namizədliklərini irəli sürməyə başlayıblar. İndiki başqan İsa Qəmbərin yerinə əsas iddialılar Müsavatın Divan üzvləri Tural Abbaslı, iqtisadçı-ekspert Qubad İbadoğlu, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və başqanın keçmiş müşaviri Səxavət Əlisoydur.