vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
18:24 | 28 avqust 2014 | Cümə axşamı Məqaləyə 1936 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğanın andiçməsində gərgin anlar

Deputat Konstitusiyanı spikerə doğru atdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə parlamentində and içərək, öz vəzifəsinin icrasına başlayıb. Türkiyə Böyük Millət Məclisində and içən Ərdoğanın prezidentlik dönəmi bu gündən etibarən başlayacaq. Bu gün axşam saatlarında prezident R.T.Ərdoğan Əhməd Davudoğlunu Çankaya Köşkündə qəbul edəcək.

Ancaq andiçmə mərasimində gərgin anlar da yaşanıb. Belə ki, CHP-dən olan millət vəkillərindən biri - Engin Altay prezident R.T.Ərdoğanın and içməsindən öncə ona söz verilməsini tələb edib.

TBMM-nin sədri Cəmil Çiçək bunun mümkün olmadığını bildirib. Buna cavab olaraq, Engin Altay əlindəki Türkiyə Anayasasını spiker Cəmil Çiçəyə doğru atıb.

Nəticədə bəzi AKP-çi və CHP-çi deputatlar arasında başlayan mübahisələrin yumruq davasına çevrilməsinin qarşısını yalnız parlament salonundakı digər millət vəkillərinin müdaxiləsindən sonra almaq mümkün olub.

 

***

 

16:15

Avqustun 10-da keçirilən prezident seçkilərində Türkiyənin 12-ci prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan bu gün and içərək rəsmən fəaliyyətə başlayıb.

APA-nın xəbərinə görə, andiçmə mərasimi Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilib.

Andiçmə mərasimində Türkiyə parlamentində təmsil olunan müxalifət partiyalarından CHP təmsil olunmasa da, MHP və BDP-dən olan deputatlar liderləri Dövlət Baxçalı və Səlahəddin Dəmirtaşla birlikdə salonda olublar.

Alqışlarla salona daxil olan R.T.Ərdoğan prezident kimi and içib. Daha sonra Türkiyənin İstiqlal Marşı səslənib. Ərdoğan TBMM binasından Mustafa Kamal Atatürkün məzarını ziyarət etməyə yollanıb.

Qeyd edək ki, andiçmə mərasimində bir çox ölkələrin dövlət və hökumət rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətləri də iştirak edib. Azərbaycanı mərasimdə baş nazir Artur Rasizadənin başçılıq etdiyi heyət təmsil edib.