vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
QARABAĞ  
19:53 | 29 avqust 2014 | Cümə Məqaləyə 1720 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentdən sərt bəyanat...

«Düşmənə layiqli cavabın verilməsi Ermənistanda ciddi təşviş yaradıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

Cəbhə xəttində gərginliyin başlamasından ikinci dəfə cəbhə bölgəsinə səfər edən prezident, Ali Baş Komandan İlham Əliyevin bu gəlişi də sərt bəyanatları ilə yadda qalıb.

ANS TV-nin məlumatına görə, prezident İlham Əliyev Beyləqanda ictimaiyyət nümayəndələri və gənclərlə görüşündə deyib ki, işğalçı dövlətin atəşkəsi pozması nəticəsində düşmənə layiqli cavab verilməsi Ermənistanda ciddi təşviş yaradıb. Son hadisələr Ermənistandan əhalinin tərk etmək prosesini sürətləndirib.

Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyətdən danışarkən işğal olunmuş torpaqlarımızın tez bir zamanda azad ediləcəyindən əminliyini vurğulayıb. Bildirib ki, Azərbaycanın artan iqtisadi, hərbi və digər sahələrdəki Ermənistanla müqayisəyə gəlməz gücü buna tam imkan verir.

Azərbaycan prezidentinin sözlərinə görə, virtual cəhətdən biz güclüyük, üstünük bütün sahələrdə özünü büruzə verir.

Xatırladaq ki, iyulun sonu, avqustun əvvəlində qoşunların təmas xəttində yaranan gərginlikdən sonra bu, Ali Baş Komandanın cəbhə bölgəsinə olan ikinci səfəridir. Bundan əvvəl Ağdamda ön cəbhədə olan dövlət başçısı hərbçilərlə görüşmüş, Müdafiə Nazirliyinin yüksək rütbəli şəxslərinin iştirakı ilə operativ müşavirə keçirmişdi.