vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
REGİON  
12:21 | 30 avqust 2014 | Şənbə Məqaləyə 1200 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyanın acı etirafı

Erməni prezident ümidini qadınlara bağlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan prezidenti Serj Sərkisyan hakimiyyətdə və müxtəlif dövlət orqanlarında korrupsiyanın baş alıb getdiyini etiraf edib. Korrupsiyanın qarşısını almaq üçün Sərkisyan dövlət orqanlarında qadınların vəzifə tutmasının tərəfdarı olduğunu deyib.

Sərkisyan növbəti prezident seçkilərində qadın namizədin qalib gəlməsinə etiraz etmədiyini bildirib. «Ermənistan parlamentində qadın deputatlarımızın sayını artırmışıq. Hətta nazir vəzifəsində çalışan qadınlarımız da var. Hakimiyyətdə və müxtəlif dövlət orqanlarında qadın işçilərin sayını daha da artırmaq lazımdır. Çünki onların əksəriyyəti korrupsiyaya meylli olmur», deyə Sərkisyan bildirib.

Ermənistan prezidentinin bu sözləri təsadüfi deyil. Avropa Birliyinin ötən ilki hesabatında bildirilir ki, Ermənistanda korrupsiya ən yüksək həddə çatıb. AB-nin Ermənistandakı baş məsləhətçisi Onno Simmons bəyan edib ki, hakimiyyətlə yanaşı biznes sahəsində də güclü korrupsiya müşahidə olunur. Erməni mətbuatı da bu barədə dəfələrlə yazıb. Görünür, Sərkisyan qadınları hakimiyyətə gətirməklə korrupsiyanın qarşısını almağa çalışır. (ANS Press)