vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
09:02 | 31 avqust 2014 | Bazar Məqaləyə 892 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Avrasiya İttifaqından çıxa bilərik»

Nazarbayevdən Rusiyaya ultimatum

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qazaxıstanın maraqlarına toxunulacağı təqdirdə rəsmi Astana Avrasiya İqtisadi İttifaqından imtina etmək hüququnu özündə saxlayacaq». Virtualaz.org saytı Qazaxıstanın «Tengri News» agentliyinə istinadən xəbər verir ki, bu sensasion bəyanatla bu ölkənin prezidenti Nursultan Nazarbayev çıxış edib.

Qazaxıstanın dövlət başçısı yerli «Xabar» telekanalına müsahibəsində deyib ki, əgər müqavilədə göstərilən qayda və şərtlərə əməl olunmasa, onun ölkəsinin Rusiyanın patronajlığı altında yaradılan Avrasiya İttifaqından çıxmaq hüququ heç bir halda mübahisə və müzakirə predmetinə çevrilə bilməz: «Qazaxıstanın belə bir addım atmaq, birliyi tərk etmək hüququ var. Mən bunu əvvəl də demişəm, bu gün də bir daha bəyan edirəm».

N.Nazarbayevin sözlərinə görə, Qazaxıstan onun təhlükəsizliyini və müstəqilliyini təhdid edəcək heç bir birliyin tərkibində olmayacaq: «Ən qiymətli sərvətimiz müstəqilliyimizdir. Ata-babalarımız uzun müddət məhz bunun üçün mübarizə aparıblar. Biz bu müstəqilliyi heç kimə təslim etməyəcəyik, onu qorumaq üçün əlimizdən gələn hər şeyi edəcəyik».