vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
10:01 | 1 sentyabr 2014 | Bazar ertəsi Məqaləyə 1501 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ kəşfiyyatından şok etiraf

«İŞİD-i biz yaratdıq, biz maliyyələşdiririk»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli işçisi Stiven Kellinin İŞİD haqqındakı açıqlamaları böyük səs-küyə səbəb olub.

ANS PRESS-in məlumatına görə, o, «İslam Dövləti» (İŞİD) terror qruplaşmasının tamamilə uydurma bir düşmən olduğunu bildirib. O, bu sözləri İranın ingiliscə yayımlanan «Press TV» kanalına verdiyi açıqlamada səsləndirib.

İŞİD-in ABŞ və müttəfiqləri tərəfindən maliyyələşdirildiyini dilə gətirən Kelli, «ABŞ-ın İŞİD-ə hücum etməli olduğunu düşünənlərə söyləyirəm: bu, tamamilə lazımsız bir həmlədir. Çünki onları biz yaratdıq, biz idarə edirik» – deyib.

Daha sonra o, sözlərinə bu cür davam edib: «Əgər ABŞ İŞİD-i yox etmək istəsəydi, maddi mənbəyini məhv edərdi və qruplaşmanın formalaşmasında rol oynayan şəxsləri aradan götürərdi».