vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
20:50 | 1 sentyabr 2014 | Bazar ertəsi Məqaləyə 1127 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İngilis rokçu «İŞİD»ə qoşuldu

52 yaşlı qadın ailəsini ataraq Suriyaya gedib

Müsfiq HABİLOGLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Tanınmış ingilis musiqiçisi Salli Consun (Sally Jones) «İraq Şam İslam Dövləti» (İŞİD) döyüşçülərinə qoşulduğu ehtimal edilir. İngilis mətbuatında gedən xəbərlərə görə, keçmiş rokçu Cons iki övladını Londonda qoyaraq Suriyaya gedib.

Onun Um Hüseyn əl-Britani (Umm Hussain al-Britani) ləqəbi götürdüyü və terror təşkilatının başqa bir üzvü Cüneyt Hüseynlə (Junaid Hussain) evləndiyi güman olunur. İngilis qadının son günlərdə Umm Hussain al-Britani adı ilə istifadə etdiyi «Twitter» hesabından xristianlara qarşı təhdid mesajları yazmağa başlayıb: «Siz xristianlar hamınız başınızın bıçaqla kəsilməsini haqq edirsiniz».

Consun birlikdə olduğu Cüneyt Hüseyn isə 2012-ci ildə Devid Kemeronun köməkçisinin kompüter hesabını ələ keçirdiyinə görə, 6 ay həbs cəzası alıb. Consun qardaşı Patrik isə bu hadisəyə görə üzüldyünü bildirib: «Bu ailəmiz üçün çox üzücü durumdur. Aşiq oldu və getdi».

Xatırladaq ki 1990-ci illərdə rok musiqisinin məşhurlaşan simalarından olan Salli Cons 52 yaşındadır və iki oğlu var.