vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
REGİON  
19:31 | 2 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1336 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Saakaşvili saxlanıldı və buraxıldı

Yunanıstan polisi Gürcüstanın sabiq prezidentini həbs edə bilmədi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Gürcüstan hakimiyyəti Türkiyədən Yunanıstanın Samos adasına gedən sabiq prezident Mixail Saakaşvilini saxlamaq xahişi ilə rəsmi Afinaya müraciət etmişdi. Yunan polisi də onu saxlayıb. Lakin az sonra da sərbəst buraxıb. Çünki Saakaşvilinin beynəlxalq axtarışa verilməsi prosedurası hələ tam başa çatmayıb».

Virtualaz.org saytı xəbər verir ki, bunu xarici mətbuata açıqlamasında Gürcüstanın Yunanıstandakı səfiri David Bakradze deyib.

Səfirin sözlərinə görə, Yunanıstanın Samos adasının polis rəisi Dmitros Kapakidi ona Gürcüstanın bir neçə vətəndaşının, o cümlədən Saakaşvilinin Türkiyədən adaya gələn gəmidə olması barədə məlumat verib.

«Yerli polisin verdiyi məlumata görə, sərhəddə Saakaşvilinin pasportu yoxlanarkən məlum olub ki, gürcü tərəfi rəsmi Afinaya sabiq prezidenti saxlamaq barədə xahişnamə göndərib. Polis Saakaşvilini saxlayıb. Lakin sonra o da məlum olub ki, müvafiq proseduralar hələ başa çatmayıb, ona görə də Yunanıstanın sabiq prezidenti saxlamaq hüququ yoxdur» - deyə səfir D.Bakradze bildirib.