vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
TÜRK DÜNYASI  
20:17 | 2 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1871 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qazaxıstana təhlükə var»

Nursultan Nazarbayev deputatlardan xahiş etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ukrayna ətrafındakı hadisələrin gərginləşməsi beynəlxalq münasibətlərin gərginləşməsinə gətirib çıxaracaq». Virtualaz.org saytı Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu Qazaxıstan parlamentinin bu gün - sentyabrın 2-də öz işinə başlayan IV sessiyasının açılışındakı çıxışında bu ölkənin prezidenti Nursultan Nazarbayev deyib.

N.Nazarbayevin sözlərinə görə, dünyadakı geosiyasi risklər artır: «Dünyada ümumi daxili məhsulun haradasa 60 faizindən çoxunu istehsal edən dövlətlərin bir-birinə qarşı tətbiq etdiyi qarşılıqlı sanksiyalar isə dünyada artıq bərqərar olan iqtisadi münasibətləri kökündən dəyişməyə doğru aparır. Belə mürəkkəb şəraitdə Qazaxıstanın təhlükəsizliyini qorumaq üçün əlimizdən gələn hər şeyi etməliyik. Hökumət mənim tapşırığımla məhz bununla məşğuldur».

Qazaxıstan prezidenti dünyada və regionda yaranan gərgin vəziyyətlə əlaqədar olaraq deputatların tətil müddətini azaltmağı da təklif edib: «Sizdən kiçik bir xahişim də var: deputatların tətil müddətinin azaldılması təklifini nəzərdən keçirin. Digər ölkələrin parlamentlərində də belə qayda var».

N.Nazarbayev ölkəsinin iqtisadiyyatı ilə bağlı çıxışında Qazaxıstanın təhlükəsizliyi məsələsinə xüsusi yer ayırıb. O, bunu Avropa Birliyi, ABŞ və Rusiyanın qarşılıqlı sanksiyaları ilə əlaqələndirib. Deyib ki, bu sanksiyalar və onların doğuracağı nəticələr Qazaxıstana mümkün neqativ təsirləri indidən bəlli olan təhlükə yaradır.

Yada salaq ki, N.Nazarbayev Ukraynanın Avropa Birliyi ilə sazişini dəstəkləyəndən sonra Moskva-Astana münasibətlərində gərginlik yaranıb. Rusiya prezidenti Vladimir Putinin Qazaxıstanda dövlətçiliyin olmaması, Kremlin nəzarətindəki Vladimir Jirinovskinin Qazaxıstanda rusofobiyanın güclənməsi ilə bağlı dedikləri isə bu gərginliyi daha da artırıb. Buna cavab olaraq N.Nazarbayev Qazaxıstanın Avrasiya İqtisadi İttifaqından çıxa biləcəyini açıq mətnlə bəyan edib.