vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
18:51 | 2 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 958 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni politoloqun reallığı

«ABŞ-ın hətta 44 ştatının «DQR»i tanımasının xeyri yoxdur»

MÖVZU İLƏ ƏLAQƏLİ

Əgər hətta ABŞ-ın 44 ştatı belə, «Dağlıq Qarabağ Respublikası»nın müstəqilliyini tanıyarsa, bu, hüquqi cəhətdən heç nəyi dəyişməyəcək. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İsgəndəryan deyib.

«Avqustun 27-də ABŞ-ın Kaliforniya ştatının Senatının «Dağlıq Qarabağ»ın müstəqilliyini tanıması haqda qəbul etdiyi qərarı şişirtmək lazım deyil, onun heç bir hüquqi əsası yoxdur».

Ekspertin fikrincə, bu qərarın ona görə hüquqi gücü yoxdur ki, ABŞ Konstitusiyası Birləşmiş Ştatlara digər ölkənin müstəqilliyini tanımaq, yaxud tanımamaq səlahiyyəti vermir: 

«Bu yalnız psixoloji faktordur, hansı ki, Kaliforniyadakı erməni lobbisi nümayiş etdirir. Əgər hətta ABŞ-ın 44 ştatı «DQR»i tanısa belə, bunun heç bir hüquqi əsası olmayacaq, yalnız siyasi mənada nəyisə dəyişə bilər».