vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
23:11 | 2 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1681 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məhəmməd Ala su bulandırır

İran və erməni tarixçiləri birləşib Azərbaycana hücuma keçdi

MÖVZU İLƏ ƏLAQƏLİ

İran tarixçisi, dünyanın bir çox ölkələrinin universitetlərində dərs deyən Məhəmməd Ala (Mohammad Ala) Azərbaycanı «tarixi saxtalaşdırmaqda» ittiham edən sənədli film şəkib.

Virtualaz.org saytıxəbər verir ki, film iranian.com portalında yerləşdirilib. 27 dəqiqəlik filmdə tarixdə «Azərbaycan» adlı dövlətin olmadığı, Azərbaycanın indiki ərazilərinin «qədim İran və erməni torpaqlarından ibarət olduğu» barədə iddialar yer alır.

İngilis dilində təqdim edilən filmdə Britaniya Kolumbiya Universitetinin professoru Kaveh Fərruxun, Londonda tarixi xəritələr üzrə tədqiqatçı, erməni professor Ruben Qaliçyanın, Tehrandakı «Neyşabur» fondunun rəhbəri Firidun Coneydinin və digərlərinin fikirlərinə yer verilir.

Filmdə Azərbaycan prezidenti İlham Əliyevin İrəvanın qədim Azərbaycan torpaqları olduğu, indiki Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqlarında yaradıldığı barədəki çıxışları üzərində də dayanılır, bu tarixi faktların əksi sübut edilməyə çalışılır.

İranian.com saytında göstərilir ki, Məhəmməd Ala İran tarixi və irsi üzrə ixtisaslaşıb, indiyədək tarixi mövzularda dörd sənədli film çəkib və onlardan biri 2013-cü ilin iyun ayında İtaliyada beynəlxalq mükafata layiq görülüb.

İran dairələrinin Azərbaycana qarşı ərazi iddiaları yeni məsələ deyil. Qonşu ölkədə Azərbaycanın müstəqilliyi ilə hələ də barışma bilməyənlər var və onlar fürsət düşdükcə özlərini həm siyasi dairələrdə, həm də elmi-mədəni sferalarda büruzə verirlər.

İndi isə belə görünür ki, prezident İlham Əliyevin İrəvanın qədim Azərbaycan şəhəri olduğu, indiki Ermənistanın Azərbaycan torpaqları üzərində yaradıldığı haqda tarixi faktlardan öz nitqlərində vaxtaşırı olaraq istifadə etməsi ermənilərlə maraqları üst-üstə düşən bu çevrələri ciddi narahat edib.

Ola bilsin ki, «Saxta tarix: Azərbaycan» adlı iftira dolu filmi çəkib yayan İran alimi elə də nüfuzlu deyil. Lakin Azərbaycanın elmi çevrələri, AMEA-nın Tarix İnstitutu bu iftiranı cavabsız qoymamalıdır və tezliklə ona tutarlı şəkildə, həm də oxşar üslubda cavab verməlidir.