vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
12:21 | 3 sentyabr 2014 | Çərşənbə Məqaləyə 3771 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Elmi-nəzəri pomidor» açıqlaması

Kənd Təsərrüfatı Nazirliyi iddia edir ki, ...

JALƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Kənd Təsərrüfatı Nazirliyi qiymət artımı ilə bağlı açıqlama verib. Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, Rusiya bazarına ixracın artırılmasına görə bəzi kənd təsərrüfatı məhsullarının qiymət artımı ilə bağlı araşdırma aparılıb.

Nazirlik son günlər ölkədə istehsal edilən meyvə-tərəvəz məhsullarının Rusiya bazarlarına ixrac həcminin çoxalmasına görə daxili bazarda kəskin qiymət artımının baş verməsi ilə bağlı mətbuatda verilən məlumatlara əsasən araşdırma aparıb: «Mövsümün əvvəlində əsas meyvə-tərəvəz məhsullarının daxili bazardakı satış qiymətləri ötən illə müqayisədə aşağı olub. Məsələn, ötən ilin iyul ayına nisbətən cari ilin iyul ayında kələmin qiyməti 25, soğanın qiyməti 21, sarımsağın qiyməti 15, xiyarın qiyməti 13, almanın qiyməti 21, çiyələyin qiyməti 12, alçanın qiyməti isə 10 faiz aşağı idi. Ümumilikdə isə meyvə-tərəvəzlər üzrə istehsalçı qiymət indeksi, yəni fermerlərin sahədən satış qiymətləri 4-5 faiz aşağı olub».

Nazirlik iddia edir ki, mövsümün əvvəlində formalaşmış qiymət fermerlər üçün əlverişsiz olub. Buna görə də qiymətlərin fermerlər üçün qaldırılmasına ehtiyac yaranıb.

«Avqust ayının əvvəlindən başlayaraq Rusiya bazarına ixrac imkanlarının genişlənməsi təbii olaraq yerli istehsalçılar üçün əlverişli bazar şərtlərinin yaranmasını şərtləndirən müsbət faktor kimi çıxış etdi. Bunun da nəticəsində daxili bazarda qiymət şərtləri həm də fermerlərin mənafeyinə uyğun yeni tarazlıq mərhələsinə daxil oldu. Bununla belə, burada üç məqama da diqqət yetirmək lazımdır.

Birincisi, Rusiya bazarına ixrac imkanlarının genişlənməsi qiymətlərə daha çox psixoloji təsir kimi çıxış edirdi. Lakin əslində cari ilin ötən dövrü ərzində Azərbaycanda istehsal edilən meyvə, tərəvəz və bostan məhsullarının ixrac edilən hissəsi müxtəlif məhsullar üzrə ümumilikdə təqribən 7-10 faizi təşkil edib, yəni ötən ilə nisbətən artım 20,5 faiz olub.

İkincisi, Kənd Təsərrüfatı Nazirliyinin monitorinqləri göstərir ki, Rusiya bazarına məhsul ixracının artırılmasından irəli gələn qiymətlərə psixoloji təsir faktoru avqust ayının 8-9-dan başlasa da bu faktor avqust ayının 28-29-dan öz təsirini itirməyə başladı. Yəni artıq avqust ayının axırından etibarən qiymətlər yeni tarazlıq nöqtəsində sabitləşməyə başladı. Bu il yalnız qarpız, yemiş, lobya və pomidorun qiyməti yüksək olub.

Bir sözlə, Rusiya bazarına ixracın təsiri ilə cari ilin avqust ayında meyvə, tərəvəz və bostan məhsullarının qiymətlərində baş verən dəyişiklik mövsümün əvvəlində istehsalçılar üçün əlverişsiz olan qiymət şərtlərinin, əlverişli vəziyyətə gəlməsini şərtləndirib. Eyni zamanda qiymətlərin yeni tarazlıq səviyyəsi istehlakçıların da mənafeyinə toxunmadı, çünki bu, ötən ilin müvafiq dövrü ilə eyni səviyyədədir».

Beləliklə, nazirlik «bu il yalnız qarpız, yemiş, lobya və pomidorun qiyməti yüksək olub» deməklə əslində təzə heç nə demədi. Bəs başqaları nə deyir, nədən narahatdır ki?! Hamı pomidorun 2 manata çatmasından narazıdır. Nazirlik isə deyir ki, bu, camaatın, alıcıların mənafeyinə toxunmur. Maraqlı «elmi-nəzəri» izah oldu...