vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BANK, BİRJA, SIĞORTA  
18:11 | 4 sentyabr 2014 | Cümə axşamı Məqaləyə 1214 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bankların birləşməsinə hazırlıq başlandı

Mərkəzi Bank 5 tələb irəli sürüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Mərkəzi Bankı (ABM) ölkə banklarının birləşməsi və ya bank fəaliyyətini dayandırıb, başqa formada fəaliyyət göstərməsinə hazırlıqlara başlayıb. «Fineko»nun məlumatına görə, avqustun 19-da AMB «Bankların yenidən təşkili qaydaları»nı təsdiqləyib.

Mərkəzi Bankın idarə heyəti sədrinin 1-ci müavini Alim Quliyev tərəfindən təsdiqlənən və  avqustun 29-dan qüvvəyə minən Qaydalar bankların bir-biri ilə birləşməsini, başqa banklara qoşulmasını (yəni başqa bank tərəfindən udulmasını), eləcə də bank kimi fəaliyyətini dayandırıb bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsini nəzərdə tutur.
Qaydalara əsasən, bankların yenidən təşkil olunması aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir:


- Mərkəzi Banka yenidən təşkil üçün icazə alınması məqsədi ilə ilkin və yazılı müraciət edilməsi;

- Yenidən təşkil üçün səhmdarların ümumi iclasının çağırılması və qərar qəbul edilməsi;

- Kreditorların bu barədə məlumatlandırılması;

- Yeni bankın və yaxud BOKT-un dövlət qeydiyyatından keçirilməsi;

- Yeni xüsusi razılıq (lisenziya) alınması;


Mərkəzi Banka bankın yenidən təşkil olunması barədə ilkin və rəsmi müraciət arasında 90 gündən artıq müddət olmamalıdır. Bununla yanaşı, bankın BOKT-a çevrilməsi 3 ay ərzində həyata keçirilməlidir. Sənədə görə, bankın BOKT-a çevrilməsi üçün keçid dövrünə 6 ayadək vaxt ayrılır.