vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
09:38 | 5 sentyabr 2014 | Cümə Məqaləyə 1758 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha bir ölkə Gömrük İttifaqında

Lavrov lazımlı hazırlıq prosesini başa çatdırdığını bildirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Qırğızıstan Avrasiya Gömrük İttifaqına qoşulur. ANS PRESS-in məlumatına görə, Rusiya xarici işlər nazirinin bildirdiyinə görə, bunun üçün hökumət tələb olunan sənədləri hazırlayıb. Sergey Lavrov Qırğızıstan xarici işlər naziri Erlan Abdıldayev ilə görüşündən sonra Qırğızıstanın Gömrük İttifaqına daxil olması üçün lazımlı hazırlıq prosesinin tamamladığını bildirib.

Lavrov zəruri sənədlərin tamamlandığını və qəbul edildiyini bildirib:

«Artıq bir neçə əməliyyat qalıb. İttifaq üzvü digər ölkələrin razılığını almaq və ölkələrimiz arasında razılaşma imzalamaq. Bundan sonra Qırğızıstan Gömrük İttifaqının tam üzvü olacaq».

Qeyd edək ki, Qırğızıstan prezidenti Almazbek Atambayev daha əvvəl Qırğızıstanın Avrasiya Gömrük Birliyinə 1 Yanvar 2015-ci il tarixində tam üzv olmasını istədiklərini bildirmişdi. Buna cavab olaraq Moskva rəhbərliyi də inteqrasiyanı təmin etmək məqsədilə Bişkekə 1,2 milyard dollar verəcəyini öhdəsinə götürmüşdü.

Bu arada Qırğızıstan Rusiyadan «Kambarata-1» və «Verxnenarınsk» hidroelektrik stansiyaları kimi infrastruktura istiqamətli tikinti layihələrinin tezləşdirilməsini istəyir.

Xatırladaq ki, Avrasiya Gömrük İttifaqı Rusiya, Belarus və Qazaxıstan tərəfindən qurulub. Rusiya Dövlət Başçısı Vladimir Putinin müəllifi olduğu irəli sürülən ittifaqda AB və ABŞ-ın iqtisadi gücünü tarazlamaq hədəflərinin güdüldüyü vurğulanır.

Köhnə Sovetlər İttifaqı ölkələri arasında ticarəti asanlaşdırmaq və güzəştli hala gətirmək məqsədiylə qurulan Avrasiya İttifaqına Qırğızıstandan sonra Ermənistanın da üzv olacağı bildirilir.

Avrasiya Gömrük İttifaqı ilə 2025-ə qədər neft və neft məhsulları istehsalında qanunvericilik məhdudiyyətləri olmadan ortaq bazara girilməsi planlaşdırılır. Elektrikdə ortaq bazara keçirilməsi və üzv ölkələrin milli elektrik bazarlarının inteqrasiyası mövzusunda isə 2019-da hərəkətə keçilməsi gözlənilir.