vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
OLAY  
16:29 | 5 sentyabr 2014 | Cümə Məqaləyə 1934 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

1957 şirkətdə pozuntu

ƏƏSMN özəl müəssisələri cərimələdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1957 əmək qanunvericiliyinin pozulması faktı aşkar edib. Bu barədə məlumat nazirliyin saytında yerləşdirilib.

Xəbərdə deyilir ki, nazirlik idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti məqsədilə yoxlama aparıb. Nəticədə müəssisələrdə əmək qanunvericiliyinin 1957 dəfə pozulması faktı aşkar olunub.

Əmək qanunvericiliyi daha çox özəl sektora aid müəssisələrdə yerinə yetirilməyib. Həmçinin təhlillər əsasında əmək qanunvericiliyinin pozulması hallarının daha çox iqtisadiyyatın topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında baş verdiyi məlum olub.

Qeyd olunan hüquq pozuntularına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələr tətbiq edilib. Son bir ayda cərimələr üzrə dövlət büdcəsinə ödənilən məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 18,3 dəfə çox olub.