vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
21:28 | 5 sentyabr 2014 | Cümə Məqaləyə 1426 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazarbayevdən Putinə inanılmaz zərbə

Qazaxıstan prezidenti rusiyalı həmkarının zəif yerindən «vurdu»

MÖVZU İLƏ ƏLAQƏLİ

Tiflisdə Gürcüstan xarici işlər naziri Maya Pancikidze və onun qazaxıstanlı həmkarının birinci müavini Samat Ordabayev arasında keçirilən görüşdə iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi və regional məsələlərdə tərəflərin bir-birinin mövqeyinin dəstəklənməsi müzakirə olunub.

Axar.az–ın Gürcüstan mətbuatına istinadən xəbərinə görə, ən diqqət çəkən məqam Abxaziya və Cənubi Osetiya məsələsində rəsmi Astananın Tiflisin mövqeyini dəstəkləməsi olub.

Gürcüstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Qazaxıstan bir daha Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb.

Bundan başqa, ölkəsinin adından çıxış edən Ordabayev diqqətə çatdırıb ki, rəsmi Astana qondarma Abxaziya və Cənubi Osetiya respublikalarını Avrasiya Birliyində görmək istəmir, Gürcüstanla da iqtisadi əlaqələri genişləndirmək fikrindədir.

Ekspertlər artıq rəsmi Astananın bu cür demarşını Rusiya Prezidenti Vladmir Putinin dövlət başçısı Nursultan Nazarbayev və Qazaxıstanın dövlətçilik tarixi ilə bağlı qalmaqallı fikrinə cavab kimi dəyərləndirməyə başlayıblar.

Xatırladaq ki, sentyabrın 10-da Minskdə Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin növbəti sammitinin keçirilməsi planlaşdırılıb. Siyasi icmalçılar indidən toplantının olduqca gərgin atmosferdə keçəcəyini proqnozlaşdırırlar.