vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
17:11 | 6 sentyabr 2014 | Şənbə Məqaləyə 1734 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Varlılar Ermənistandan qul daşıyır

Rusiyada bir qarın çörəyə işləyən yüzlərlə erməni var

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyayada yaşayan və işləyən erməni jurnalist İren Saakyan yerli mətbuatda Ermənistandakı dözülməz sosial-iqtisadi vəziyyət barədə kəskin tənqidi məqalə ilə çıxış edib.

Virtualaz.org saytı xəbər verir ki, İren Saakyan Ermənistanda iş yerlərinin az olmasından, ölkədə demoqrafik vəziyyətin bərbadlığından və erməni hökumətinin bunun qarşısını almaq üçün heç bir iş görmədiyindən yazır.

«Ermənistanın əsasən kənd əhalisinin kütləvi şəkildə ölkəni tərk etməsi bir çox məktəblərin bağlanmasına gətirib çıxarıb. Fəaliyyət göstərən məktəblərdə isə cəmi 2-3 şagird var. Bu da əsl fəlakətdir» - deyə İ.Saakyan yazır.

Jurnalist daha sonra Ararat vilayətinin Dsex kəndindən olan 40 yaşlı Arutyun Kazaryanla söhbətini qələmə alıb. Erməni kəndlisi jurnalistə Rusiyadan gələn bir varlı həmyerlisinin onların aldadıb Rusiyaya necə aparmasından, orada qul kimi işlətməyindən danışıb.

İ.Saakyan həmin əhvalatın belə baş verdiyini yazır: «Kazaryanın yaxşı geyinib-kecinmiş həmkəndlisi Rusiyadan ata yurduna gəlibmiş. O, həmkəndlilərinə Rusiyadakı dəbdəbəli və gözəl həyatından uzun-uzadı danışıb, orada yaxşı qazanmaq imkanlarının olduğunu deyib. Sonra da cibindən bir qalaq dollar çıxararaq ac-yalavac həmkəndlilərinə göstərib. Orada necə varlanmasından danışıb. Deyib ki, Rusiyada qazanmaq çox asandır. Kazaryana da deyib ki, daha nə istəyirsən, gedək Rusiyaya, sən də varlan. Bundan ağzı sulanan Kazaryan da bu vədlərə inanıb. O və daha bir neçə şəxs həmkəndlisinə qoşularaq Rusiyaya çörək dalınca gediblər.

Kazaryan ailəsi Rusiyaya gedəndən sonra isə varlı erməni Arutyunun və ailə üzvlərinin bütün sənədlərini əllərindən alıb. Sonra onları bir tövlədə yerləşdirib. İki il ərzində onları qul kimi yalnız bir qarın çörəyə işlədib. Bir qəpik də pul verməyib.

Varlı erməni quldarın əlindən yalnız 2 ildən sonra qaçaraq kəndlərinə qayıda bildiklərini söyləyən Kazaryan deyib ki, Rusiyada bu vəziyyətdə işləyən yüzlərlə erməni var. Kazaryan əlavə edib ki, Ermənistanda dilənçi olmaq daha yaxşıdır, nəinki qürbətdə qul».

Erməni jurnalisti Rusiyaya gedən erməni miqrantların soyulmasından, aldadılmasından, varlı həmvətənləri tərəfindən ucqar vilayətlərə aparılaraq orada demək olar müftə, bir qarın çörəyə işlədilməsindən, deportasiya edilməsindən söz açır, buna baxmayaraq onların sayının azalmamasını da qeyd edir.

«Beynəlxalq Əmək Təşkilatının verdiyi məlumata görə, əgər belə getsə, 2018-ci ildə Ermənistanda əhalinin daha 19 faizi işsiz qalacaq. Ermənistan Sosioloqlar Assosiasiyasının prezidenti Gevorq Poqosyan qeyd edir ki, ümumi daxili məhsulun 20 faizi məhz erməni miqrantlarının payına düşür. Miqrantlar tərəfindən hər il Ermənistana təxminən 2 milyard dollar pul göndərilir, bu isə hər ailə üçün 500 dollar deməkdir. Amma bütün bunlara baxmayaraq Ermənistanda yoxsulluğun səviyyəsi azalmaq bilmir. Ermənistan dövlətinin əsas gəlir yeri Rusiyaya qaçan miqrantlardır. Bunun axırı ölkə üçün heç də yaxşı olmayacaq» - deyə erməni jurnalist yazır.