vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
QARABAĞ  
16:50 | 6 sentyabr 2014 | Şənbə Məqaləyə 2090 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kəlbəcərli girovlardan xəbər var

BQXK Dilqəm və Şahbazla dördüncü dəfə görüşüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Xankəndi ofisinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşı Şahbaz Quliyevlə görüş keçirilib.

Bu barədə ANS-ə BQXK-nin Azərbaycan nümayəndəliyinin rəsmisi İlahə Hüseynova açıqlama verib. O, qeyd edib ki, görüş zamanı ailələrin arzuları girovlara çatdırılıb. Girovlar barəsində məlumatlar da ailələrə verilib.

Bu, girovlarla keçirilən 4-cü görüş hesab edilir.

Qeyd edək ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Onun Dağlıq Qarabağda dəfn edildiyi deyilir.