vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
16:05 | 7 sentyabr 2014 | Bazar Məqaləyə 1039 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Putini İblis idarə edir»

Partriarx Filaret Rusiya prezidentini Kainə bənzətdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Kiyev və Bütün Ukraynanın partriarxı Filaret Putinlə bağlı xüsusi bəyanat verib. Bəyanatda deyilir ki, Putin İblisin təsiri altındadır.

«Böyük təəssüflə və açıq deməliyəm ki, dünyanı idarə edənlər arasında əsl Kain peyda olub. Öz adına görə yox, əməllərinə görə. Bu əməllər sübut edir ki, tarixdə öz qardaşını öldürən ilk adam olan Kain kimi bu hakim də İblisin təsiri altına düşüb» - deyə patriarx bildirib.

(Bibliyaya görə, Kain öz qardaşı Abeli öldürüb. Qurana görə isə adlar fərqlidir: Kain Qabildir, Abel isə Habil-red). 

Filaret Putini iki böyük günahda ittiham edir: qətldə və yalanda. Filaret bildirir ki, hər iki günahın «rəisi və ilhamvericisi İblisdir».

Filaretin fikrincə, Ukraynanın şərqində insanların ölməsinin ən böyük günahı Putindədir.

Ukrayna partriarxının rəsmi saytında yerləşdiriıən bəyanatda deyilir: «Ölümləri və qan tökülməsini dayandırmaq onun səlahiyyətindədir. Putin özünü Ukrayna xalqının qardaşı adlandırır, ancaq o, həqiqətən Kain olub - öz qardaşının qanını tökməklə və dünyanı yalana bürüməklə».

Filaret bildirir ki, Putinə və onun əlaltılarına dəfələrlə müraciət olunub ki, oturub-fikirləşsinlər, tövbə etsinlər. Ancaq heç nə dəyişməyib: »Belə görünür ki, o, çağırışlara kardır və şəri yalnız çoxaldır. Çünki İuda İskariot kimi onun daxilinə İblis girib».

(İuda İskariot 30 gümüş pula İsa peyğəmbəri romalılara satıb-red.) («Azadlıq» radiosu).