vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
QƏZA, FACİƏ  
10:49 | 8 sentyabr 2014 | Bazar ertəsi Məqaləyə 3349 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xırdalanda bina partlayıb...

Dağıntı altında qalanlar var

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda binada partlayış olub. Hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb. Məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalanlardan biri xilas edilib. Hazırda digər şəxslərin də xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

***

 

Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir.

 

***

 

AzNews.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, partlayış 4 mərtəbəli binanın 3-cü mərtəbəsində baş verib. Hadisə nəticəsində 3-cü mərtəbə uçub və nəticədə aşağıda olan iki mərtəbə uçqun altında qalıb. Həmin mərtəbələrdə isə 4 ailə - 10 nəfər yaşayır.

Hazırda ata-ana və 2 azyaşlı uşaq xilasedicilər tərəfindən dağıntılar altından çıxarılıb.

Lakin 1-ci mərtəbədəki mənzilin sakinlər ata-ana və 2 uşaq hələ də dağıntılar altında qalıb. Onlar barədə məlumat yoxdur. Xilasedicilər dağıntılar altında qalan insanları oradan çıxartmağa çalışırlar.

 

***

 

Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılan şəxslərdən ikisinin adı məlum olub.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, onlar 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu və onun oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğludur.

Hər iki şəxs yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

***


Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılan ata və oğulun vəziyyəti barədə məlumat açıqlanıb.

Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərov APA-ya açıqlamasında deyib ki, oğul 2001-ci il təvəllüdlü Yunis İsmayılovun aşağı ətrafları yanıb. Onun sözlərinə görə, uşaq palataya yerləşdirilib, həyati təhlükəsi yoxdur.

Onun atası 1972-ci il təvəllüdlü Vidadi İsmayılovun isə bədəninin 90 faizi yanıb, vəziyyəti ağır qiymətləndirilir, həyati təhlükəsi yüksəkdir.

Qeyd edək ki, Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var. Baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılan iki şəxs yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.