vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
12:22 | 8 sentyabr 2014 | Bazar ertəsi Məqaləyə 1457 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukraynaya silah verəcək ölkələr açıqlandı

Putin isə rəsmi Kiyevi hədələdi

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident Petro Poroşenkonun müşaviri Yuri Litsenko NATO ölkə rəhbərlərinin Uels zirvə görüşündə Ukraynanın ərazi bütövlüyünün qorunması üçün yeni silah müqavilə imzalandığını bildirib: «NATO sammitində silah verəcək ölkələrin adları bilindi. Bu dövlətlər Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Polşa və Norveç olacaq. Silahla birlikdə hərbçilər də göndəriləcək. Əsgər və yüksək çinli hərbi mütəxəssislərdən ibarət geniş heyət bu yaxınlarda Kiyevdə olacaq».

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə NATO yaxınlaşmasını çox sərt qarşılamışdı. Bu barədə açıqlamasında «NATO-nun Ukrayna ilə yaxınlaşması atəşkəs haqda imzalanan müqaviləni təhlükəyə sala bilər» deyərək rəsmi Kiyevi hədələmişdi.