vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
12:57 | 8 sentyabr 2014 | Bazar ertəsi Məqaləyə 1896 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hər 40 saniyədə bir intihar

ÜST-ün açıqlamasına görə özünə qəsd edən kişilərin sayı qadınlardan 3 dəfə çoxdur

DUYĞU

MÖVZU İLƏ ƏLAQƏLİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) intiharlarla bağlı acınacaqlı statistika açıqlayıb. Son 10 ildə Yer kürəsinin müxtəlif yerlərində baş verən intiharları araşdıran ÜST belə bir nəticəyə gəlib ki, hər il dünyada 800 mindən çox insan intihar edir. Bu isə planetdə o deməkdir ki, hər 40 saniyədə bir nəfər özünə qəsd nəticəsində həlak olur.

Ən yüksək intihar həddi 50-dən yuxarı yaşı olan insanlar arasında baş verir. Özünəqəsd hadisələrinin təxminən 75 faizi inkişaf etməkdə olan ölkələrdə baş verir. Həmin ölkələrdə canından bezən kişilərin sayı qadınlardan üç dəfə daha çoxdur. Zəhər içmək, özünü asmaq və odlu silah güllələmək ən geniş intihar cəhdləri sayılır. ÜST 2020-ci ilə kimi intihar hadisələrinin statistikasını 10 faiz aşağı salmağı qarşısına məqsəd qoyub. Təşkilat bütün dövlətləri bu məsələyə ciddi yanaşmağa çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatı 10 sentyabrda dünyadakı intiharlarla mübarizə günü kimi qeyd olunması barədə məlumat açıqlayacaq.