vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
CƏMİYYƏT  
13:47 | 8 sentyabr 2014 | Bazar ertəsi Məqaləyə 2418 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ölüb-dirilənlər o biri dünyadan nə danışırlar?

Onların söhbətləri bəzən insanı sakitləşdirir, bəzən isə vahiməyə salır

Ölümdən sonra həyat varmı? Bu sual çoxlarını düşündürür. Biz o biri dünyaya köçməyənədək bu sualın cavabını tapmayacağıq...

Amma elə insanlar var ki, onlar o biri dünyanı görüb qayıtdıqlarını iddia edirlər. Əlbəttə ki, söhbət kliniki ölüm keçirənlərdən gedir. Onların danışdıqları bəzən insanı sakitləşdirir, bəzən isə vahiməyə salır.

Ən maraqlısı isə bu insanlardan çoxunun kliniki ölüm təcrübələrində gördüklərini, eşitdiklərini və hiss etdiklərini təsvir etmələridir.

«ANS Press» kliniki ölüm keçirən insanların gördüklərini və yaşadıqlarını sizə təqdim edir:

 

1. İşıq - kliniki ölüm keçirən insanların çoxu tunelin sonunda işıq gördüklərini deyirlər. Bu fakt onların ölü olduqlarını sübut edir.

2. Öz bədənini - kliniki ölüm zamanı bu insanların çoxu ruhları bədənlərindən çıxdığı halda öz cansız bədənlərini kənardan görürlər. Onlar otaqda nə baş verdiyini və orada kimlərin olduğunu görürlər. Şüur və fiziki bədən arasında istənilən əlaqə yaratmaq cəhdi uğursuz alınır və bu da pasiyentdə ümidsizlik yaradır.

3. Qoruyucu mələklər - o biri dünyadan qayıdanlar qoruyucu mələklə və ya ruh gördüklərini iddia edirlər.

Bu qeyri-maddi varlıqlar onlara baxır və ölümə gedən qısa dayanacaqda onların qayğısına qalırlar. Bəzi insanlar iddia edirlər ki, bədənlərinə geri dönməyənə qədər ruh onları müşayiət edir.

4. Ana və ya ata ilə görüş (digər doğmalar da istisna edilmir) - Çoxları iddia edirlər ki, ölüm yatağında olarkən ana, ata və ya digər əzizləri onların gözünə görünür.

5. Ölmüş qohumlar - Qohum-əqrəbası çox olanların axirətdə onlardan hər hansı biri ilə rastlaşma ehtimalı böyükdür. Kliniki ölüm keçirib həyata qayıdanlar ölmüş qohumlarını gördüklərini deyirlər.

6. Öz həyatını - Öz həyatınızın ən yaxşı və ən pis anlarını görməyə hazır olun. Bu insanların çoxu deyir ki, həyatları sanki ölüm yaxınlaşan zaman gözlərinin önündən bir slayd-şou kimi gəlib-keçir.

7. Siz hər şeyi görürsünüz və eşidirsiniz. O biri dünyadan qayıdanların çoxunun danışdıqlarına görə, onlarla birlikdə otaqda olanları görürlər və eşidirlər. Lakin bədənləri cansız və eyni zamanda şüurları oyaq olduğundan onlarla ünsiyyət qurmaq mümkün olmur.

8. Sakitlik - ölüb-dirilənlərin böyük əksəriyyəti hər şeyi unutduran bir sakitlik və hüzur hiss etdiklərini deyirlər. Bu hiss o qədər güclü və gözəldir ki, onu izah etmək mümkün deyil.

9. Geri dönməmək arzusu - bu insanların çoxlarının danışdıqlarına görə, kliniki ölüm təcrübəsi o dərəcədə sakit və rahatdır ki, bu dünyaya geri dönmək istəməyiblər.