vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
10:45 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1641 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni sanksiyalar təsdiqləndi

Ən çox «Rosneft»in zərər çəkəcəyi paketin taleyi Ukraynadakı hadisələrdən asılıdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar siyahısını razılaşdırıb. Avropa Şurasının (AŞ) sədri Herman Van Rompuy sanksiyaların bir neçə gündən sonra qüvvəyə minəcəyini bildirib. Daha əvvəl Brüsseldə bütün Aİ üzvü 28 ölkə nümayəndələri Moskvaya qarşı yeni sanksiyalar tətbiq edilməsinin əsas şərtləri ilə prinsipcə razılaşıblar, lakin qərarın elan edilməsini müəyyən müddətə təxirə salıblar.

Sanksiyalar yaxın günlərdə qüvvəyə minəcək, AŞ sədri Herman Van Rompuy bəyan edib. «Bu, atəşkəs haqqında razılaşmanın yerinə yetirilməsini qiymətləndirmək üçün vaxt verər», - onun bəyanatında deyilir.

«Yerlərdə vəziyyətdən asılı olaraq, Aİ sanksiyaların bütövlüklə yaxud bir qisminin yenidən nəzərdən keçirməyə hazır olar», - Rompuy qeyd edib.

Buna Finlandiya baş naziri Alexander Stubb-un sanksiyaların tətbiq edilməsi mexanizminin daha müfəssəl işlənib hazırlanmasını təkid etməsinə dair bəyanatı səbəb olub.

Qabaqcadan sanksiyaların bazar ertəsi ya da çərşənbə axşamı tətbiq ediləcəyi nəzərdə tutulurdu.

Eyni zamanda Aİ nümayəndəsi qeyd etmişdi ki, sanksiyalar birbaşa Ukraynada vəziyyətdən asılıdır və istənilən vaxt dayandırıla bilər.

Hələlik isə Ukraynanın şərqində rusiyapərəst separatçılar və bu ölkənin hökumət qüvvələri kövrək barışığa riayət edirlər.

Ukrayna prezidenti Petro Poroşenko Mariupola səfəri zamanı atəşkəs elan olunduqdan sonra rusiyapərəst separatçıları tərəfindən saxlanılan 1200 nəfərin Kiyevə ötürüldüyünü bəyan edib.

Son günlər Ukraynanın şərqində separatçılar əhəmiyyətli hərbi müvəffəqiyyətlərə nail olublar, lakin, vaxtaşırı atışmalar qeyd olunduğuna baxmayaraq, hələlik cümə günü bağlanmış barışıq qorunur.

Avropa Komissiyasının nümayəndəsi Pia Ahrenkilde Hansen yeni sanksiyalar paketinin üzv ölkələri tərəfindən formal olaraq bazar ertəsi bəyəniləcəyini və bir sıra Rusiya şirkəti və məmurlarına şamil olacağını bəyan edib.

Onun sözlərinə görə, sanksiyalar Aİ rəsmi bülletenində dərc olunacaq və bundan sonra avtomatik olaraq qüvvəyə minəcək.

Diplomatlar yeni sanksiyaların Rusiyanın «Rosneft» və «Transneft» neft şirkətlərinə, eləcə də «Qazprom»a qarşı yönəldiyini qeyd edirlər.

Onların beynəlxalq sərmayə bazarlarına çıxışının məhdudlaşdırılacağı ehtimal olunur. Bu hal xüsusilə hələ ötən ay 42 milyard dollar məbləğində borc üçün Rusiya hökumətinə müraciət etmiş «Rosneft»i zərbəyə məruz qoya bilər.

Sanksiyalar həmçinin çıxış vizalarına qadağa və Rusiya təşkilatları və məmurlarının, Ukrayna şərqində fəaliyyət göstərən separatçı liderləri daxil olmaqla, aktivlərinin dondurulmasını ehtiva edir.

Daha əvvəl Rusiyanın baş naziri Dmitri Medvedev Qərbi xəbərdar edib ki, istənilən yeni sanksiyalara Moskva «asimmetrik cavab» verəcək.

«Biz tərəfdaşlarımızla dostluq münasibətlər əsasında işləyirik, odur ki, Rusiyanın səması açıq qalır, - Medvedev «Vedomosti» qəzetinə deyib. - Lakin Rusiya energetika sektoruna dair sanksiyalar tətbiq edilsə yaxud bundan sonra da Rusiya maliyyə sektorunun işi məhdudlaşdırılarsa, biz asimmetrik cavab verməli olacağıq».

Xüsusilə, söhbət qərb aviasiya xətlərinin Rusiya hava məkanından istifadə etməsinə məhdudiyyət tətbiq edilməsindən gedib. Bu, Medvedevin fikrincə, «hazırda maliyyə çətinlikləri olan bir çox şirkətləri iflasa uğrada bilər».

Avropadan Asiya ölkələrinə uçan aviasiya şirkətləri daha çox yanacaq israf etməyə məcbur olar və, Rusiya onlar üçün öz hava məkanını bağlasa, uçuş vaxtı xeyli uzanar.