vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MEDİA-QHT  
11:00 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 3839 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tanınmış jurnalist ANS-dən çıxdı

Son bir həftədə ikinci ayrılıq

MÖVZU İLƏ ƏLAQƏLİ

ANS-in daha bir tanınmış əməkdaşı telekanalı tərk edib. Bu barədə Lent.az-a ANS TV-dən məlumat daxil olub.

Məlumata görə, ANS-in Vaşinqton bürosunun müxbiri Sevinc Osmanqızı kanalla yollarını ayırıb. Artıq onun yerinə təyinat da olub. Televiziyanın xəbər müxbiri Rita Ömərova S. Osmanqızının yerinə təyin edilib. Adının çəkilməsini istəməyən televiziya əməkdaşı vurğulayıb ki, R.Ömərova ingilis dilini mükəmməl bilməsə də, onun təyinatı məcburiyyətdən gerçəkləşdirilib.

ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr müşaviri Mais Məmmədov Lent.az-a açıqlamasında faktı təsdiqləyib: «Sevinc xanım öz ərizəsi ilə vəzifəsindən uzaqlaşıb. Həm də bunu məndən niyə soruşursunuz? Zəng edib, özündən soruşun».

Qeyd edək ki, S. Osmanqızı tanınmış jurnalist və dövlət xadimi Osman Mirzəyevin qızıdır.

Xatırladaq ki, ANS-in daha bir məşhur siması İlqar Mikayıloğlu da telekanalla yollarını ayırıb.