vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
11:38 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 2761 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Baş nazirdən mühüm qadağa

Artur Rəsizadə «Mədəni sərvətlərin idxalı, ixracı və tranzitlə keçirilməsi qaydası» haqda qərar verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Baş nazir Artur Rasizadə «Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası»nın təsdiq edilməsi haqqında qərar verib. Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Qərarda qeyd olunur ki, şəxslər tərəfindən mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və ya tranziti həyata keçirildikdə, onlar mədəni sərvətləri başqalarının istifadəsinə, sahibliyinə və ya sərəncamına verə bilməzlər.

Mədəni sərvətlər barəsində qanunsuz idxal, ixrac və ya tranzit əməliyyatlarının həyata keçirildiyini bilən və ya bilməli olan şəxslər tərəfindən onların əldə edilməsi qadağandır.

Qərarda ixracı qadağan edilən mədəni sərvətlər də öz əksini tapıb. Belə ki, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan daşınar mədəni sərvətlərin Azərbaycan ərazisindən ixracı qadağandır. 100 il əvvəl yaradılmış kitabələri, əlyazmaları, sikkələri, oyma möhürləri, qədim musiqi alətlərini və mebel əşyalarını Azərbaycan Respublikasının ərazisinə gətirmiş fiziki və ya hüquqi şəxslər onları bu qaydanın tələblərinə riayət etməklə Azərbaycan ərazisindən aparmaq hüququna malikdirlər. Mədəni sərvətlərin ixracı bu barədə Mədəniyyət və Turizm Nazirliyinin qərarından sonra həyata keçirilir. Mədəni sərvətlərin ixrac edilməsi məqsədi ilə mədəni sərvətlərin mülkiyyətçisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə ərizə ilə müraciət edilməlidir.

Qərara əsasən, ixrac olunması nəzərdə tutulan mədəni sərvətlər ekspertizadan keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilmiş müddətdə şəxsin mədəni sərvətlərin ekspertizaya təqdim olunmasından imtina etməsi onun tərəfindən mədəni sərvətlərin ixrac olunmasından imtina kimi qəbul ediləcək.

Ekspertiza Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzey, arxiv, kitabxana, restavrasiya və ya elmi tədqiqat təşkilatlarının, habelə həmin Nazirliyin mülki hüquqi müqavilə əsasında cəlb etdiyi digər mütəxəssislərin iştirakı ilə həyata keçiriləcək. Qərarda o da qeyd olunur ki, idxal olunan mədəni sərvətlər üzərində gömrük nəzarəti Gömrük Məcəlləsinə uyğun həyata keçiriləcək, habelə onların Mədəniyyət və Turizm Nazirliyində uçotu aparılacaq. Ekspertizanın nəticələrinə əsasən, mədəni sərvətin dövlət və ya bələdiyyə muzeylərinə, arxivlərinə və ya kitabxana fondlarına götürülməsi barədə qərarın qəbul edilməsindən sonra Nazirliyin mülkiyyətçidən mədəni sərvəti onun dəyərini müəyyən edən sənədində göstərilən qiymətə satın almaq hüququ var. Mədəniyyət və Turizm Nazirliyi mədəni sərvətin dəyərini müəyyən edən sənəddə göstərilən məbləği tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş müddətdə ödəyəcək.