vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
XADİM  
11:11 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1165 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Geri çəkilməyəcəm»

Qubad İbadoğlu: «Qeydiyyatımı həftə ərzində həll edəcəm»

Fatimə KƏRİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Müsavat başqanlığına namizəd olmaqla bağlı fikrim dəyişməyib. Mübarizəni sonadək aparacağam». Bunu AzVision.az-a Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu bildirib.

Başqanlığa iddialı olduğunu deyən Q.İbadoğlu yaxın günlərdə namizədliyini rəsmi olaraq qeydiyyatdan keçirəcəyini deyib:

«İddiaçı kimi görüşlərə də başlamışam. Namizədliyimin rəsmi olaraq qeydiyyata alınması texniki prosedura məsələsidir və bu həftə ərzində həll edəcəm. Təbliğat-təşviqata gəlincə isə artıq bu proses başlayıb. Bakıda və regionlarda görüşlərim davam edir. Namizəd olmaqla bağlı fikrim dəyişməyib. Sonadək mübarizə aparacağam».