vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
CƏMİYYƏT  
12:42 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 2748 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qənirə Paşayevadan 10 önəmli məsləhət

«40 yaşından başlayaraq tərgitməli olduğunuz ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Qənirə Paşayeva öz «Facebook» səhifəsində hər insanın yaşam fəlsəfəsinə aid olunası bir yazı paylaşıb. Millət vəkili 40 yaşına çatmış insanlara növbəti illərində tərgitilməsi və riayət edilməsi vacib olan 10 qaydanı məsləhət görür. Fikirlər maraqlı gəldiyi üçün yazını sizə təqdim edirik.

«Həyat kimlərəsə uzun gələ bilər amma əslində o qədər qısadır ki! Bircə dəqiqəliyə başınızı qatan iş-gücdən ayrılıb, çevrənizə baxın... hər gün bir neçə dəfə oxuduğunuz qəza xəbərlərini xatırlayın, gənc yaşlarda həyatla vidalaşan dostlarınızı, qohumlarınızı, tanışlarınızı yada salın... Və görəcəksiniz ki... həyat düşündüyümüzdən də qısadır...

Hələ insan ömründə «3»dən sonrakı «5»-ə – 35 yaşlarına gəlməyə başlayanda illərinin öncəkindən daha surətlə keçdiyini fərq etməyə başlayır. Uşaqlıq-gənclik dövründə bizə arası çox uzun gələn illər 35-i keçdikdən sonra hər il sanki daha sürətlə ötüşür... Şair demiş, «Ömür durmur axarında, ölüm bəlkə də yaxında»... 40 yaşlara gəldikdə isə bizə aylar, illər daha da artan surətlə keçirmiş kimi gəlməyə başlayır. Bəndəniz və bunu hiss edən bir çox dostlarım kimi...

Xarici İnternet saytlarının birində «50 yaşdan etibarən tərgitməli olduğunuz 10 nəsnə» adlı bir yazı gördüm və mənə çox ilginc gəldi... ancaq insan həyatının getdikcə daha da qısaldığı bir dövrdə məncə bu yazını əslində «40 yaşdan sonra tərgitməli olduğumuz 10 nəsnə» adı ilə qəbul etməmiz gərkdir. Beləliklə artıq 40 yaşlara gələn insanlar nələri tərgitməyə başlamalıdır?! - İnanıram ki, araşdırmanın müəllifi də bu kiçik dəyişikliyə qarşı çıxmazdı...

 

1. Keçmiş həyat yoldaşınıza yaxud sevgilinizə nifrət etməyi tərgitin. Nifrət insanı daxildən yeyən hiyləgər bir duyğudur. Son günlərin dəbdə olan kəlməsi ilə desək «əfv etməyi öyrənin». Əfv edə bilmirsəniz, ən azı «laqeyd qalın».

2. Dedi-qodunu və başqaları haqqında pis danışmağı tərgitin. Artıq məktəb və universitet yaşlarında deyilsiniz. Dedi-qodu sizin üçün enerji və zaman itkisindən başqa bir deyil.

3. Minnət duymamaq adətinizi tərgidin. Sizə yaxşı davrananları deyil, pis davrananlara önəm vermək və davamlı olaraq bunları gündəmdə tutmaq adətinizi bir tərəfə qoyun.

4. «Ümidsiz hadisə» dostlarınızı bir qırağa qoyun. Hər kəsin belə bir və ya iki «dost»u var. Davamlı olaraq dərdlərə batıb çıxarlar və hər batdıqlarında sizə qaçıb baş-beyninizi apararlar. Ancaq söylədiyiniz heç bir sözə qulaq asmazlar. Ayrıca, siz pis duruma düşdüyünüz zaman nədənsə heç ortalıqda görünməzlər. Gənc ikən anlaşılandır... 40 yaşdan sonra vaxtınızı bu cür boş şeylərə sərf etməyin...

5. Qarışıqlığı bir tərəfə qoyun. İnsan 40 yaşına çatdığında nəyin dəyərli, nəyin daha az dəyərli olduğunu bir az da olsa anlayır. Ailə, gerçək dostlar və sizin üçün gerçəkdən anlamı olan bir «iş». Qalanı həqiqətən quru gurultudur. Dolabların tamamilə geyimlərlə dolu və əlli ədəd ayaqqabı olmasına ehtiyac yoxdur, «söz olsun, torba dolsun» misalı ziyafətlərdə iştirak etməyi də tərgitin və ruhunuzu öldürən işdən də əl çəkin...

6. Baş qarışıqlığını yaxşı bir şey hesab etməyi tərgitin. «Kompleksli insanlar» qəribədir. Əzbərdən danışmazlar, hər davranışlarının bir səbəbi vardır. Bilgiləri bəzək kimi üstlərində durmaz, çünki mənimsəyiblər... Onların sayəsində yeni baxış bucaqları kəşf edərsiniz, zənginləşərsiniz... ancaq «başı qarışıq insanlar» qəribə deyillər. Həyatı şorbaya çevirməkdən başqa işə yaramazlar.

7. «...Daha artığı»nı istəməkdən əl çəkin. Xoşbəxt insanların ortaq sirri əllərində olanların qiymətini bilmələridir. Əlindəkinin qiymətini bilmirsənsə, daha artığını istəməyin bir anlamı yoxdur... çünki o da səni xoşbəxt etməyəcək, daha da artığını istəyəcəksən.

8. «...Artıq 10 kilo» çəkinizi azaldın. - 40 yaşın sonundasınız və 5-10 kilo artıq çəkiniz var, əlbəttə... Dərhal o kilolardan qurtarın. Gəzin, üzün, idman salonuna gedin... - fərq etməz. Məsələ «estetik» deyil, birbaşa sağlamlığın özüdür. 40 yaşdan sonra hər artıq 1 kilo sağlamlıq baxımından çox təhlükəlidir.

9. Hər şeyə «Bəli» deməyi tərgitin. Kimsənin qəlbini sındırmamaq ya da sevimli görünmək məqsədilə olur-olmaz hər istəyə «Bəli» demək Sizi çətin duruma salacaq, sizə tərs gələn, sizə lazım olmayan bir şeyi etmək məcburiyyətində deyilsiniz. Hələ-hələ 40 yaşdan sonra!

10. ...Yaşlılıqla bağlı ümumiləşmiş düşüncələri bir tərəfə qoyun. Necə bir orta yaş və yaşlılıq dönəmi keçirəcəyinizə özünüz qərar verin…

 

Gerçəkdən də yaş artıq 40-dırsa bu 10 nəsnədən mütləq qurtulmaq lazımdır. Sonra gec olmasın!