vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ÜZBƏÜZ  
11:17 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 5219 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ağıl yaşda deyil, başdadır»

Müsavatda qurultay davası qızışır

Mirvari NƏCƏF

MÖVZU İLƏ ƏLAQƏLİ

«Nüşabə xanımım dedikləri ilə razı deyiləm, kifayət qədər təcrübəmin olduğunu düşünürəm. Dünya praktikasına nəzər saldıqda, 14 il siyasi fəaliyyətdə olanlar nəinki təcrübəli hesab olunur, əksinə həmin siyasətçilər təqaüdə də gedirlər. Ona görə, mən hələ gecikmişəm deyərdim».

Bu fikirləri Müsavat başqanlığına namizəd Tural Abbaslı partiya fəalı Nüşabə Sadıxlının fikirlərinə münasibət bildirərkən deyib.

«Tural Abbaslı hələ gəncdir, ondan hələ başqan olmaz» - deyə N.Sadıxlının iradlarını qəbul etməyən başqanlığa namizəd Müsavat başqanlığına ən layiqli namizəd olduğunu hesab edir:

«Nüşabə xanım çox hörmətli divan üzvlərimizdəndir, həm də müəlliməm olub. Siyasətə gəldikdə, 2000-ci ilin sentyabrından Müsavat partiyasının üzvüyəm. Artıq 4 ilə yaxındır ki, Divan üzvüyəm. Yeddi il Gənclər Təşkilatının sədri olmuşam. Bütün proseslərdə partiyanın önündə olanlardan biri olmuşam. Hesablayanda on illik siyasi təcrübəm var. Kifayət qədər idarəçilik və təşkilatçılıq keyfiyyətlərinə malik olduğumu təmsil olunduğum strukturlarda sübut eləmişəm. Divanın cəmi 12-13 üzvü varsa, onun biri mənəm və bu da çox şeyi sübut edir».

T.Abbaslı N.Sadıxlıya xatırladıb ki, ağıl yaşda deyil, başdadır.

«Mənim 32 yaşım var. Ümumiyyətlə siyasətdə yaş məsələsinin müzakirə olunması doğru deyil. Ən azından yaş limiti var. Buna görə də, deyərdim ki, ağıl yaşda deyil, başdadır».