vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ELM-TƏHSİL, DİN  
17:00 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 2492 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ramiz Mehdiyevin kitabının təqdimatı keçiriləcək

«Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix» Moskvada nəşr olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Sentyabrın 10-da AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının genişləndirilmiş iclasında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan «Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix» kitabının müzakirəsi və təqdimatı keçiriləcək.

AMEA-dan SalamNews-a verilən məlumata görə, akademik Ramiz Mehdiyevin Moskvada çap olunan «Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix» (rus dilində) kitabında Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri araşdırılır.

Müəllif çoxsaylı ilk mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə xarici dillərdə və erməni dilində nəşr olunmuş mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək Dağlıq Qarabağın tarixin ən qədim dövrlərindən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və bu diyarın Azərbaycan xalqına məxsus olması barədə tarixi həqiqəti rusdilli oxuculara təqdim edir. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli yolunda məqsədyönlü surətdə törədilən süni maneələrə də münasibət bildirilir.